14-11-2014 [12:30]
Xəbər verildiyi kimi, Azərbaycan Silahlı Qüvvələri təmas xəttində Ermənistanın hərbi helikopterini vuraraq məhv edib. Görəsən, baş verən bu olay hansı anlama gəlir? Bu artıq o anlama gəlir ki, Azərbaycan torpaqlar azad olunanadək məqsədindən geri çəkilən deyil və o bu məqsədin reallaşması üçün güc tətbiqindən də yararlanmağa qadirdir.
Millət vəkili Fərəc Quliyev açıqlamasında ermənilərə güc göstərməyin doğru yanaşma olduğunu bildirdi:
"Azərbaycan torpaqlarını itirib. Beynəlxalq güclər ölkəmizə kompromis variant təklif edəndə, əslində Azərbaycanı geri çəkmək istəyirlər. Amma Azərbaycan ərazilərini itirən tərəf olaraq, həm də ədalətli tərəfdir. Ölkəmiz kifayət qədər səbrlə gözlədi ki, benyəlxalq güclər dinc vasitələrlə problemi həll etsin. Azərbaycan hər dəfə bəyan edib ki, problemin dinc yolla həllini istəməsinə baxmayaraq, bu baş vermədikdə, torpaqlarımızı hərbi yolla azad etmək iqtidarındayıq. Son hadisələr onu göstərdi ki, Azərbaycan bütün, xüsusən də hərbi, iqtisadi göstəriciləri, dünyada qazandığı nüfuzu ilə Ermənistandan qat-qat güclüdür. Baxmayaraq ki, Ermənistanın arxasında başqa güclər dayanır. Son hadisə həm də onu təsdiqlədi ki, Azərbaycanla razılaşmasalar, ölkəmiz güc tətbiqində tərəddüd etməyəcək. Hesab edirəm ki, bu doğru yanaşma və doğru mesajdır. Ermənilərin status-kvonu saxlamaq naminə süründürməçilik siyasətinə son qoymaq üçün Azərbaycanın hərbi yola əl atmağının zamanıdır. Əslində, müharibə bitməyib, hər gün əməliyyatlar davam edir. Sadəcə olaraq, müharibə aktiv fazaya keçməyib. Onun aktiv fazaya keçməsi ölkəmiz üçün sərfəlidir. Ermənilər müdafiə nazirləri səviyyəsində də Azərbaycanın gücünü dəfələrlə etiraf ediblər. Dünya Azərbaycanı və Ermənistanı tərəf kimi qəbul edirsə, tərəfsiz olaraq, BMT-nin verdiyi 4 qətnamənin həyata keçməsinə çalışmalıdır. Bunun üçün BMT Nizamnaməsinin 7-ci bəndi və 41-42-ci paraqrafları var. Orada göstərilir ki, hərbi və ya qeyri-hərbi sanksiyalarla qətnamələr həyata keçməlidir. Beynəlxalq aləmin Azərbaycanın işğalçıya güc göstərməsinə reaksiyası bundan artıq ola bilməz. Olarsa, bu qərəzli reaksiya olar”.(yenicag.az)
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...