İcra başçısının müavini vəzifədən çıxarıldı

img

28-01-2026 [17:19]


Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

Məlumata görə, bununla bağlı icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bəxtiyar Osmanov icra başçısının müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, B.Osmanov uzun illərdir icra hakimiyyətində başçının müavini vəzifəsində çalışırdı. Onu bu vəzifəyə 2004-2019-cu illərdə rayonun başçısı olmuş mərhum Şəmsəddin Xanbabayev təyin etmişdi.

Ötən ilin sentyabrında Bəxtiyar Osmanovun 50 yaşı tamam olub və həmin vaxt icra başçısı onun yubileyi ilə əlaqədar olaraq təltif edib/iqtisadiyyat.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA