Sərhədimizi pozan helikopteri vuruldu, ATƏT səksəkəyə düşdü

img

12-11-2014 [19:47]


Ermənistanın hərbi helikopterinin təmas xəttində Azərbaycan ordusu tərəfindən vurulmasına ATƏT-in baş katibi Lamberto Zannier münasibət bildirib. 

ANS PRESS-in məlumatına görə, baş katib bildirib ki, ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hərbi vertolyotla bağlı hadisədən narahatdır: "ATƏT olaraq hesab edirik ki, belə hadisələr böhranın miqyasını genişləndirə bilər".

Avropa Parlamentindəki dinləmələrdə çıxışı zamanı ATƏT-in baş katibi qeyd edib ki, bu hadisələr onsuz da qeyri-sabit olan vəziyyət kontekstində böhranın daha da genişlənməsinə səbəb ola bilər.

Qeyd edək ki, bu gün Ermənistan ordusu işğal olunmuş Azərbaycan torpalaqrında keçirdiyi hərbi təlimlər zamanı düşmən helikopteri davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirib və mövqelərimizə atəş açıb. Milli Ordunun adekvat reaksiyası nəticəsində düşmən helikopteri məhv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA