"Mitinqdə cəmi 700 nəfər iştirak edib" - Paytaxat polisi

img

09-11-2014 [19:32]


Bakı şəhər Baş Polis İdarəsi bugünkü mitinqlə bağlı məlumat yayıb. 

"Qafqazinfo”ya idarədən daxil olan məlumata görə, aksiyada heç bir insident yaşanmayıb:

"Noyabrın 9-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 (yeddi yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA