Daha bir QHT rəhbəri Baş Prokurorluqda dindirilib

img

12-11-2014 [17:39]


Qeyri-hökumət təşkilatının rəhbəri, hüquq müdafiəçisi Elçin Məmməd bu gün səhər saatlarında Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 3 saat ifadə verib.

Bu barədə onun rəhbərlik etdiyi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, birliyin rəhbəri bir qrup QHT-yə açılan cinayət işi ilə bağlı şahid kimi dindirilib. Bundan əlavə, QHT rəhbərindən təşkilat və həyata keçirilən layihələrlə bağlı sənədlər istənilib. Elçin Məmməd iltizam alındığı üçün aparılan istintaq barədə detallı məlumat verə bilməyib. Elçin Məmməd aparılan istintaqla əlaqədar yenidən prokurorluğa çağırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA