AXCP üzvü Murad Ədilov buraxılmadı

img

13-11-2014 [12:43]


Noyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Murad Ədilovun şikayətinə baxıb.

Vəkil Yalçın İmanov "Media forum” saytına deyib ki, şikayət təmin olunmayıb. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Murad Ədilov özü məhkəməyə gətirilməyib. Vəkil bildirib ki, bunu Bakı İstintaq Təcridxanasından etap problemi ilə əlaqələndiriblər.

Murad Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsi avqust ayında Murad Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Noyabrın 6-da isə həbs müddəti daha iki ay uzadılıb. Apellyasiya şikayəti həbs müddətinin uzadılması qərarından verilmişdi.

Murad Ədilovun işi üzrə istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA