Hafiz Hacıyev Türkiyə mətbuatını silkələyəcək

img

12-11-2014 [15:38]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Türkiyə mətbuatında Azərbaycan həqiqətləri, erməni işğalçılığı siyasəti, Dağlıq Qarabağ münaqişəsində Qərbin rəsmi Bakıya ikili standartlardan yanaşması, Qərb tərəfindən Azərbaycanın radikal müxalifətinin himayəyə götürülməsi və digər beynəlxalq məsələlərə subyektiv yanaşmaları olacaq.

Avrasiya.net-in əldə etdiyi məlumata görə, H.Hacıyevin Türkiyə mətbuatında çıxış etməsi təşəbbüsü elə qardaş ölkədən gəlib. O da söylənilir ki, partiya sədrinin Türkiyəyə səfəri gözlənilir və bu səfər çərçivəsində o, bir sıra partiya liderləri, millət vəkilləri və media nümayəndələri ilə də görüşəcək. Çox güman ki, elə o zaman çərçivəsində H.Hacıyevin qardaş ölkənin mətbuatında çıxışları olacaq. Partiya sədrinin Türkiyənin tanınmış telekanallarında da çıxışları gözlənilir. Artıq ilkin razılaşmalar əldə olunub.

Hər dəfə yerli mediada şok açıqlamaları ilə gündəmi saxlayan H.Hacıyev bu dəfə Türkiyə mətbuatını silkələyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA