AXCP Culfa rayon təşkilat sədri saxlanılıb

img

07-11-2014 [17:28]


Noyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənənyar kəndində AXCP rayon şöbəsinin sədri Hicran Qasımov saxlanılıb.

AXCP Naxçıvan bölgə təşkilatının sədri Yaşar Bağırsoyun "Turan"a verdiyi məlumata görə, Qasımovu maşına zorla otuzduraraq aparıblar. Onun harada saxlanıldığı məlum deyil. Polis saxlanılmanın səbəbləri və Qasımovun nədə ittiham olunduğu barədə məlumat vermir.

Yerli müşahidəçilər hesab edirlər ki, Qasımovun üzərinə narkotik qoyublar və ondan zorla etiraf edici ifadələr almaq istəyirlər.

AXCP yeri təşkilatındakı mənbə Amerikanın Səsinə deyib ki, Qasımov bir neçə gün Naxçıvanda saxlandıqdan sonra Böyük Düz İstintaq Təcridxanasına köçürülüb.

Həbsin səbəbləri və fəalın nədə ittiham olduğu barədə hər hansı məlumat verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA