11-11-2014 [17:15]
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun "Qarabağ” – "Dnepr” oyunundan sonra matçın UEFA nümayəndəsi bəzi məsələlərlə bağlı "Qarabağ” klubuna irad tutub. Xüsusilə qitənin ali futbol qurumunun raportunda media sektoruna buraxılan azərbaycanlı jurnalistlərin davranışlarından təəccüb ifadə olunub.
Qol.Az saytının müxbiri bu məsələ ilə əlaqədar "Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlayıb.
- Nurlan bəy, UEFA konkret hansı məsələlərə görə narazılığını ifadə edib?
- Beynəlxalq səviyyəli hər matçdan sonra UEFA və klub nümayəndələrinin iştirakı ilə iclas keçirilir. Budəfəki iclasda bizə təşkilatçılıqla bağlı müsbət fikirlər söylədilər. Təşkilatçılığın oyundan-oyuna daha da yüksəldiyi qeyd olunub. Amma bəzi ürəkaçmayan məqamlar da var. Məsələn, biletlərin yoxlanılması zamanı polisin öz işininin öhdəsindən lazımınca gələ bilməməsi, bunun isə azarkeşlərin təhlükəsizliyinə müəyyən təsir göstərdiyi ifadə edildi. Amma ən çox narazılıq jurnalistlərlə bağlıdır. Bilirsiniz ki, UEFA avrokubokların oyunlarının işıqlandırılmasına xüsusi əhəmiyyət verir. Ona görə də media işçilərinin öz işini yaxşı şəkildə görmələrinə çalışır. Təəssüf ki, "Qarabağ” – "Dnepr” oyunu zamanı media sektorunda ürəkaçmayan hadisələr oldu. İclasda UEFA nümayəndələri də bildirdilər ki, bəzi jurnalistlər media-sektorunu piknikə döndəriblər. Jurnalistlərimizin sevdiyi komandalara azarkeşlik etməsi də bizə irad tutuldu. Biz başa düşürük ki, media nümayəndələrimiz "Qarabağ”a sevgilərinə görə çılğın şəkildə azarkeşlik edirlər və buna hörmətlə yanaşırıq. Amma onu da qeyd etmək vacibdir ki, UEFA-da jurnalistin media sektorunda azarkeş kimi iştirakı qəbul olunmur.
- UEFA bu iradını konkret nə ilə əsaslandırır?
- Ümumiyyətlə, jurnalistlər media sektorda elə davranmalıdırlar ki, onların işi digər həmkarlarının faəliyyətinə mane olmasın. Artıq qeyd etdiyim kimi, UEFA avrokubok oyunlarının yüksək səviyyədə işıqlandırlımasına xüsusi maraq göstərir və buna bilərəkdən, ya bilməyərəkdən mane olan addımlara qarşı tədbirlər görür. Təəssüf ki, bizim jurnalistlərin komandamıza azarkeşlik etməsi qonaqların – Ukraynadan gələn jurnalistlərin narazılığına səbəb olub. Onlar UEFA nümayəndələrinə irad bildiriblər ki, azərbaycanlı jurnalistlərin tez-tez ayağa qalxmasına görə meydanı görə bilmirlər, bu da onların peşə faəliyyətinə mane olur. Amma bizi bir klub və azərbaycanlı olaraq, bu fakt deyil, daha çox bəzi jurnalistlərin media sektoruna yemək gətirməsi narahat edir. Hər halda, "media sektoru pikniki xatırladır” ifadəsi təkcə jurnalistikamız deyil, ölkəmizin adı üçün də pisdir.
- Yemək media sektoruna haradan gətirilib?
- Media ilə iş otağında biz Azərbaycanda ilk dəfə "Dnepr”lə matç günü 90 dəqiqə ərzində jurnalistləri su, çay və isti yeməklərlə təmin etmişik. Təəssüf ki, bəzi jurnalistlər yeməyi həmin otaqda yemək əvəzinə, onu özləri ilə tribunaya - media sektoruna gətiriblər. Bu zaman istər klubumuzun əməkdaşları, istərsə də digər jurnalistlər xahiş ediblər ki, yeməyi media sektoruna aparmasınlar. Yeri gəlmişkən, bu faktın özü belə UEFA-nın raportunda yer alıb. Amma bizim çağırışımıza məhəl qoyulmadı. Bütün bunlar isə xaricdən gələn UEFA nümayəndələrində həm bizim jurnalistlər, həm də ölkəmiz haqda xoş olmayan rəy yarada bilər. Mən bildiyimə görə, artıq jurnalistlərin media sektorda yemək yeməsinin şəkilləri də çəkilərək UEFA-ya göndərilib.
- Belə halların qarşısını almaq üçün UEFA-nın nə kimi tövsiyələri oldu?
- Yeməklə bağlı məsələ təbii ki, insanın özündən asılıdır. Bizim klub olaraq, bəzi jurnalistlərdən xahişimiz budur ki, yeməklərini media sektorunda deyil, media üçün ayrılmış xüsusi iş otağında yesinlər. O ki qaldı jurnalistlərimizin azarkeşlik etməsinə, bir daha deyirik, onların belə etmələrini normal qarşılayırıq. Hər halda, bu, jurnalistlərimizin "Qarabağ”a sevgisindən irəli gəlir. Amma UEFA nümayəndələri tövsiyə edirlər ki, jurnalistlərin azarkeşlər kimi, tez-tez ayağa durmamaları üçün idmançı görkəmi olan hündürboy və cüssəli insanların köməyindən istifadə etmək olar. Təbii ki, bu məsələdə hansısa təzyiqdən söhbət gedə bilməz.
UEFA nümayəndələri tövsiyə etdi ki, İtaliya "İnter"i ilə Bakıdakı oyunda bu hallar təkrarlanmasın.
- Sizin bütün bunlardan sonra bir klub olaraq jurnalistlərə çağırışınız nədir?
- Biz xahiş edirik ki, belə hallar təkrarlanmasın. Hər halda, UEFA nümayəndələrindən "azərbaycanlı jurnalistlər turistləri xatırladır” sözlərini eşitmək bizim üçün üzücüdür. Xüsusilə yeməklə bağlı məsələyə ciddi yanaşmalıyıq. Bu, qeyd etdiyim kimi, ölkəmizin adına zərər gətirən məqamdır.
- Jurnalistlərin davranışına görə "Qarabağ”ı klubunu hansısa cəza gözləyirmi?
- Dediyim kimi, bu faktlar UEFA-nın raportundan yer alıb. Cəzanın verilib-verilməyəcəyini isə qurumun İntizam Komitəsi müəyyənləşdirəcək.
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb