AXCP-dən istefa verən 52 nəfər KXCP-yə getdi - Açıqlama

img

04-11-2014 [15:03]


"Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edən 52 nəfər Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP ) üzv olmaq üçün ərizə ilə müraciət edib”.

Mia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında KXCP-nin sədr müavini Xəzər Teyyublu bildirib.
O, vurğulayıb ki, 52 nəfərin ərizələrinə yaxın günlərdə baxılacaq: "Mənə partiyamızın Sumqayıt şəhər şöbəsindən bildirdilər ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edənlər bizim partiyaya ərizə ilə müraciət edib. Mən də dərhal göstəriş verdim ki, kim bizə müraciət edirsə, siyasətlə məşğul olmaq istəyirsə, öz siyasi fəaliyyətini Klassik Xalq Cəbhəsi Partiyasına uyğun bilirsə, konkretləşdirib ərizələrini qəbul edin. Burada faciə görmürəm. Onlar artıq bizim partiyaya bəyanatla müraciət edib. Dedim ki, anketləşdirib, məsələni həll edin”.

X.Teyyublu onu da əlavə edib ki, KXCP-yə üzv olacaq 52 nəfərin kimliyi yaxın zamanda açıqlanacaq.

Qeyd edək ki, AXCP-nin Sumqayıt şəhər təşkilatından 52 nəfərin istefa verilməsi barədə məlumatı partiyanın Sumqayıt şöbəsinin sabiq sədri Kəmaləddin Rəhimov yayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA