“İsa Qəmbəri sıradan çıxardım, indi Əli Kərimlinin üzərində işləyirəm”

img

04-11-2014 [16:05]


"Milli Şura və AXCP xaricdən ayrılan pulları xərcləmək üçün mitinq keçirirlər”. Radikal müxalifətin noyabrın 10-na elan etdiyi mitinqə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev belə bir iddia ilə çıxış edib. Milli Şura və AXCP-yə Azərbaycana qarşı qərəzi olan bəzi xarici təşkilatlardan pullar ayrılır. Radikal müxalifət həmin siyasi qurumlarla Azərbaycanda sabitliyi pozmağa çalışırlar. Həmin pozuculuq fəaliyyətinun başında Əli Kərimli və Cəmil Həsənli dayanır. Xaricdəki erməni diasporası da AXCP və Milli Şuraya təzyiq göstərir. Onlar mitinqə adam cəlb etmək üçün insanlara pul paylayırlar. Bunun üçün ayrılmış kiçik dəstələr belə işlərlə məşğuldurlar. 10 noyabr mitinqi də əvvəlki kimi alınmayacaq. Mitinq yox, piket formasında baş tutacaq. Milli Şura və AXCP xarici donorlardan aldığı pulları mənimsəmək üçün belə kiçik piketlərlə quş qoyurlar. Onları aladadırlar. İsa Qəmbəri sıradan çıxara bildim. İndi də Əli Kərimli və Cəmil Həsənlinin üzərində işləyirik”. Hafiz Hacıyev bildirib ki, oktyabr mitinqində İŞİD-in bayrağını qaldıran Əli Kərimlinin ən yaxın adamıdır. MMP sədri həmin adamı yaxşı tanıdığını iddia edib: "AXCP və Milli Şura bununla İŞİD-lə birləşmək mesajını da verir. Onlar bir sıra terror təşkilatları ilə iş görməyə çalışırlar. Lakin onların Azərbaycanda qarışıqlıq yaratmaq cəhdləri alınmayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA