"Biz dayanmaq niyyətində deyilik"

img

27-10-2014 [14:59]


"Dnepr" üzərindəki qələbə həm klubun, həm də Azərbaycan futbolunun tarixi uğurudur. Çünki bu, Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsində qazandığı ilk qələbə idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina mətbuatına açıqlamasında deyib.

Təcrübəli qolkiper komandasının qrupdan çıxmaqla sürpriz edə biləcəyini vurğulayıb: "Ötən mövsüm çox əziyyət çəkdik və Allah bizə qrup mərhələsində oynamağı, burada qələbə qazanmağı nəsib etdi. Ancaq biz dayanmaq niyyətində deyilik. Bu uğurun davamını gətirmək istəyirik. Qrupdan çıxmaqla sürpriz edə bilərik. "Qarabağ" Azərbaycanda çox sevilir. Səfər oyunlarında da azarkeşlərin yanımızda olması bizə əlavə stimuldur. "Dnepr" üzərində qələbə qazandığımız gün "Qarabağ" və Azərbaycan futbolu üçün xüsusi gecə idi".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Dnerp"lə qarşılaşan "Qarabağ" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA