Hafiz Məmmədov üzə çıxdı, yeni transferdən danışdı

img

15-10-2014 [23:33]


Xəbər verdiyimiz kimi, yenidən "Bakı”ya qayıdan Jaba bu gün klub prezidenti Hafiz Məmmədovla görüşərək, 1 illik rəsmi müqaviləyə imza atıb.

Görüş zamanı Hafiz Məmmədov yenidən Jabanı "Bakı”da görməkdən məmnun olduğunu bildirib. Klub prezidenti vurğulayıb ki, Jaba "Bakı” üçün çox vacib oyunçudur. Gənc futbolçular ondan çox şey öyrənə bilərlər.

Öz növbəsində Jaba da göstərilən etimada görə Hafiz Məmmədova minnətdarlıq edib. Yenidən "Bakı”ya qoşulduğu üçün xoşbəxt olduğunu qeyd edən braziliyalı forvard, klub üçün öz təcrübə və bacarığını əsirgməyəcəyini bildirib. Sonda isə Jaba əlavə edib ki, burada özünü əla hiss edir: "Sanki yenidən öz evimə qayıtmışam”(Futbolxeber.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA