İki ölkə XİN başçıları dron hücumu ilə bağlı telefonda danışıb: "Biz sizə hücum etməmişik"

İki ölkə XİN başçıları dron hücumu ilə bağlı  telefonda danışıb: \"Biz sizə hücum etməmişik\"

DÜNYA

Bugün, 00:14

İranın xarici işlər naziri Abbas Arakçi Küveytli həmkarı Şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabahla telefonda danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nazirlər telefon danışığında İranın Küveytə dron hücumu və bu zaman iki italiyanın həlak olması barədə yayılan  məlumatı müzakirə ediblər.

Küveyt XİN-dən bildirilib ki, İran XİN başçısı Abbas Arakçi İranın Küveytə etməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib: "İranın bu hücumla qətiyyən əlaqəsi yoxdur"

İran XİN-də oxşar bəyanat yayıb.

Bəyanatda hücum təkzib olunub və insan itkisi və dəyən ziyana görə təəssüf ifadə edilib: "İran bu hücumun bütün aspektlərini aydınlaşdırmaq və mənbəyini müəyyən etmək üçün Küveytlə birgə araşdırmaya hazırdır".

Xatırladaq ki, hücumda 2 İtaliya vətəndaşı həlak olub, 1 Küveytli, 1 Pakistan vətəndaşı isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR