Paşinyan Rusiya hərbçilərini ölkədən çıxarır - "Yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək" (Yenilənib)

Paşinyan Rusiya hərbçilərini ölkədən çıxarır - \"Yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək\" (Yenilənib)

SİYASƏT

Bugün, 13:48

"Ermənistan hökuməti tərəfindən təqdim edilən yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək".

Bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlər üçün brifinqdə bildirib.

"Layihə bu suallara cavab verilməsi üçün Venesiya Komissiyasına göndəriləcək. Görək, o, cavab verəcəkmi", - Paşinyan müxalifətin yeni Konstitusiyanın bir sıra müddəalarının Ermənistanın Avropa İttifaqına daxil olması imkanını istisna etdiyi barədə iradlarına cavab verərkən bildirib.

O, həmçinin əgər parlament müxalifəti ilə konstitusiya islahatı ilə bağlı danışıqlar nəticə verməzsə, Ermənistanda növbədənkənar parlament seçkilərini elan etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Xatırladaq ki, Ermənistan hökuməti noyabrın 23-də yeni Konstitusiya layihəsini dərc edib.

***

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti qarşıdakı illərdə Ermənistan ərazisində fəaliyyətini tamamilə dayandıracaq.

Bu barədə respublikanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.

"Bu müddət ərzində Ermənistanın sərhədlərində dayandıqlarına görə Rusiya sərhədçilərinə minnətdarıq. Amma hesab edirəm ki, qarşıdan gələn illərdə sərhədlərimizə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyimizin vaxtı gəlib çatıb", - N.Paşinyan bildirib.

2024-cü il avqustun 1-də Rusiya FTX-nin sərhəd xidmətinin nümayəndələri İrəvanın "Zvartnots" beynəlxalq hava limanında xidməti başa çatdırdılar.

2025-ci ilin yanvarından etibarən Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədindəki "Aqarak" buraxılış məntəqəsində, həmin ilin fevralından isə həm də Ermənistan və Türkiyə arasındakı buraxılış məntəqəsində xidməti dayandırdılar/Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR