Dövlət Baxçalının müavini açılışda pərt edildi: "Ona de, salamını "Apo"ya göndərsin" - "Sənə

Dövlət Baxçalının müavini açılışda pərt edildi: \"Ona de, salamını \"Apo\"ya göndərsin\" - \"Sənə 

SİYASƏT

Bugün, 12:09

Dövlət Baxçalının lideri olduğu MHP-nin Trabzonda yeni Qərargahının açılış mərasimində gözlənilməz gərginlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, açılış mərasiminə qatılan MHP sədrinin müavini İlyas Topsakal partiya üzvlərindən  birinin qəfil sözündənn pərt olub.

Məlumata görə, o, mərasimin açılış nitqində "Sizə Dövlət Baxçalının salamlarını gətirdim" deyərkən mərasimdəki  partiya üzvü "Ona de ki, salamı bizə yox, PKK terror təşkilatının lideri Abdullah Öcalana - "Apo"ya göndərsin" sözü şok effekt yaradıb.

Partiya üzvünün sözlərindən qəzəblənən sədr müavini yerli təşkilatın sədrin belə təlimat verib: "Onu yanıma gəlin, ona salamın necə çatdırılmasını göstərəcəm. Yanıma gətirin, onu".

Lakin partiyanın yerli rəhbərliyi narazı üzvü onun yanna apara bilməyiblər. O, mərasimdən uzaqlaşdırılıb...

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR