Paşinyanın Konstitusiya layihəsi: bu, Qərbi azərbaycanlılar üçün nə vəd edir? - TƏHLİL
SİYASƏT
Bugün, 11:33
Ermənistanın Baş naziri Nikol Paşinyanın elan etdiyi yeni Konstitusiya layihəsinin mətni ilə bağlı mübahisələr artır. Bu dəfə mübahisələrə səbəb mətndə “erməni xalqı” ifadəsinin çıxarılıb, yerinə “Ermənistan Respublikasının xalqı” sözlərinin yer almasıdır. Həmçinin bu şəkildə başqa bəzi sadə ifadələrin də dəyişdirildiyi bildirilir.
Sözügedən dəyişiklik Ermənistan ictimaiyyətində birmənalı qarşılanmasa da, məncə, Qərbi azərbaycanlılar baxımından müsbət hadisədir. Məsələ ondadır ki, Qərbi azərbaycanlıların öz icması ( Qərbi Azərbaycan )
var və bu icma hələ də öz ata-baba yurdlarına qayıtmaq istəyir. Düzdür, bu məsələ Ermənistan🇦🇲-Azərbaycan🇦🇿 danışıqlar prosesində hələlik prioritet müzakirə mövzusu deyil. Ümumiyyətlə, olub-olmayacağı da hələlik bəlli deyil. Lakin Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıtmaq istəyi hər kəsə bəllidir.
Ermənistan Konstitusiyasında “erməni xalqı” ifadəsinin çıxarılıb, onun yerinə “Ermənistan Respublikasının xalqı” sözlərinin yer alması qayıdış baxımından mühümdür. Xüsusilə 1988-ci ildə Qərbi azərbaycanlıların ata-baba yurdlarından zorla və qanunsuz şəkildə çıxarılmasından sonra faktiki olaraq Ermənistan monoetnik ölkəyə çevrildi.
Paşinyan hökuməti Ermənistanın dövlətçilik və milli kimlik anlayışını konstitusion səviyyədə dəyişməyi təklif edir. Hazırkı Konstitusiyada preambula belə başlayır: “Biz, erməni xalqı…” Yəni dövlətin əsas qanununun qəbulunda erməni xalqı milli-siyasi subyekt kimi təqdim olunur.
Yeni layihədə isə bu ifadə “Biz, Ermənistan Respublikasının xalqı…” sözləri ilə əvəzlənir. Üstəlik, layihənin 1-ci maddəsində Ermənistan Respublikasının təsisçisinin Ermənistan Respublikasının xalqı olduğu göstərilir. 2-ci maddədə isə xalqın Ermənistan Respublikasının bütün vətəndaşlarının məcmusu olduğu müəyyən edilir. Ermənistanın ədliyyə naziri də bu dəyişikliyi izah edərkən bildirib ki, məqsəd bütün vətəndaşların özlərini dövlətin qurucusu hesab etməsidir.
Bəs bunun Qərbi azərbaycanlılar üçün mənası nədir?
Əgər layihə qəbul olunarsa, Qərbi azərbaycanlılar Ermənistana qayıdıb bu ölkənin vətəndaşları olduqları təqdirdə konstitusion baxımdan “Ermənistan Respublikasının xalqı” anlayışına daxil olacaqlar. Ən sadə formada, Paşinyan Ermənistan xalqı anlayışının etnik deyil, vətəndaşlıq prinsipi əsasında müəyyənləşdirilməsini təklif edir.
Reallıq ondan ibarətdir ki, Ermənistan rəhbərliyi faktiki olaraq ölkənin içərisində olduğu demoqrafik problemin fərqindədir. 1988-ci ildə Qərbi azərbaycanlıların ata-baba yurdlarından qanunsuz çıxarılması Ermənistan iqtisadiyyatına ciddi zərbə vurdu. Hansı ki, bu gün də İrəvan yerli etnik ermənilər hesabına bu fəsadları aradan qaldıra bilmir. Hətta Qarabağ ermənilərinin Ermənistana qayıdışı da bu problemin həllinə kömək olmadı. Hesab edirəm ki, bu addımla Paşinyan hakimiyyəti gələcəkdə Qərbi azərbaycanlıların qayıdışı üçün müəyyən konstitusion “nəfəslik” yaradır.
Turan Rzayev
mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
XİN başçısı: "Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir"
Bugün, 12:03 İQTİSADİYYAT
-
Kafedə 28 yaşlı oğlan bıçaqlanıb
Bugün, 11:50 KRİMİNAL
-
Paşinyanın Konstitusiya layihəsi: bu, Qərbi azərbaycanlılar üçün nə vəd edir? - TƏHLİL
Bugün, 11:33 SİYASƏT
-
Özcan Denizin ürəyində problem var - Məşhur müğınni ayda nə qədər qazanır?
Bugün, 11:17 MƏDƏNİYYƏT
-
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir.
Bugün, 11:10 MƏDƏNİYYƏT
-
Ayda 10 min manat qazanan aktrisanın prokurorluqdakı ifadəsi: "Heç vaxt narkotik maddə qəbul etməmişəm"
Bugün, 11:01 MƏDƏNİYYƏT
-
Türkiyədə müğənni həbs edildi - Bir qrup sənətçi isə polisə çağırıldı
Bugün, 10:53 MƏDƏNİYYƏT
-
SOCAR-da dəyişiklik - Departament rəhbəri təyin edilib
Bugün, 10:46 İQTİSADİYYAT
-
Bakı Şəhər İcra Hakimiyyəti memarlıq abidəsinə müdaxilə halını araşdırıb
Bugün, 10:44 CƏMİYYƏT
-
Nazir və komitə sədrləri... - Onların qəbl günü açıqlandı + CƏDVƏL
Bugün, 10:38 GÜNDƏM
-
Azərbaycanlı QHT rəhbərləri Ermənistana getdi - FOTOLAR
Bugün, 10:23 GÜNDƏM
-
Bir qol vurub 2,1 milyon avro qazandılar
Bugün, 10:18 İDMAN
-
Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
Bugün, 10:09 İQTİSADİYYAT
-
Dünya futbol tarixində bir ilk: hakim sərxoş halda matça çıxdı, oyunçuları qarışdırdı, türk qolkiperə kart verdi və... - FOTO
Bugün, 10:03 İDMAN
-
"İlk 24 real hədəfdir" - Belözoğlu
Bugün, 09:51 İDMAN
-
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
Bugün, 09:43 İQTİSADİYYAT
-
Azərbaycan neft bahalaşdı - 4.2 dollar
Bugün, 09:37 İQTİSADİYYAT
-
Arda Turan: "Bu, ağır və acı təcrübə oldu" - "Həyatımda heç vaxt təslim olmamışam"
Bugün, 09:26 İDMAN
-
Çempionlar Liqası: "Fənərbaxça" qalib gəldi, bəs o biri komandalar? - NƏTİCƏLƏR
Bugün, 09:22 İDMAN
-
Ərəb Koalisiyası: "Ər-Riyada atılan ballistik raketlər havada məhv edilib"
Bugün, 09:16 DÜNYA
-
Ankarada axtarışda olan daha 3 FETÖ şübhəlisi saxlanılıb
Bugün, 09:13 DÜNYA
-
Qazaxda həyətyanı sahədə partlayış: iki nəfər xəsarət alıb
Bugün, 09:01 CƏMİYYƏT
-
Türk serialında şok adam... - Mayk Tayson "Tuzlu Kahve" serialında rol alacaq
Bugün, 00:25 MƏDƏNİYYƏT
-
Misirdə yanacaq maşını partlayıb, xeyli maşın yanıb - 30 nəfər ölüb, 15 nəfər yaralanıb
Bugün, 00:05 DÜNYA
-
Elgiz Əkbəriin yeni verilişi... - ARB telekanalı açıqlama yaydı
Bugün, 00:03 PRESS
-
Çempionlar Liqası: "Sabah" - "Barselona" matçında 5 qol oldu (Yenilənib)
25.11.2026, 23:33 İDMAN
-
Hörmüz boğazında təbii qaz daşıyan gəmi minaya düşüb
25.11.2026, 22:44 DÜNYA
-
Xalq artisti Elmira Şabanova vəfat edib - Mədəniyyət Nazirliyi nekroloq yaydı (Yenilənib)
25.11.2026, 21:50 MƏDƏNİYYƏT
-
Dünya gözəli evli qadın seçildi - 75 illik yarışma tarixində bir ilk
25.11.2026, 21:33 ŞOU-BİZNES
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
25.11.2026, 21:33 GÜNDƏM
-
Dövlət Agentliyinə Aparat rəhbəri təyin olunub
25.11.2026, 21:30 GÜNDƏM
-
UEFA Gənclər Liqası: "Şaxtyor Donetsk" türk komandasını darmadağın etdi
25.11.2026, 21:20 İDMAN
-
Baş məşqçi: "Lukakuya qapımız həmişə açıqdır"
25.11.2026, 21:17 İDMAN
-
"Beşiktaş"la "döyüşəcək" İsrail komandasının baş məşqçisi: "Aqressiv oyunmağa məcburuq"
25.11.2026, 20:49 İDMAN