Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

İQTİSADİYYAT

Bugün, 10:09

Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) nöqsanlar aşkarlayıb.

Mia.az Palataya istinadla xəbər verir ki, bu barədə qurumun sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında məlumat verilib. Auditor Vüqar İbrahimovun təqdim etdiyi - Agentliyə ayrılan dövlət investisiyalarının (seçmə qaydada) auditinin nəticələrinə dair Auditor hesabatı müzakirə olunub.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR