Bir deputat "kölgə"də qaldı, digəri tenderi qazandı - Milli Onkologiya Mərkəzində növbəti satınalma olub

Bir deputat \"kölgə\"də qaldı, digəri tenderi qazandı - Milli Onkologiya Mərkəzində növbəti satınalma  olub

İQTİSADİYYAT

Bugün, 11:30

Milli Onkologiya Mərkəzinin tibbi və digər avadanlıqların cari təmiri və texniki xidməti üzrə dövlət satınalması həyata keçirib.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, satınalma elanında işlərin ehtimal olunan dəyəri 3 milyon 216 min 26 manat göstərilib.

Satınalma təmir və texniki xidmətlə yanaşı, ehtiyat hissələrini, detalları və sərf materiallarını da əhatə edir. Siyahıda kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası avadanlıqları, rentgen aparatları, kardiomonitorlar və əməliyyat lampaları üzrə işlər yer alır.

Tenderin qalibi “Avromed” MMC olmuşdur.

Xatırladaq ki, “Avromed” MMC 2025-ci ildə ölkə ərazisində ən çox vergi verən 100 şirkət arasında yer almışdır. Onu da qeyd edək ki, bu şirkətin sdahibi deputat Cavanşir Feysiyevin olması haqqında mətbuatda saysız təkzib olunmayan xəbərlər var.

Məlumat üçün onu da bildərk ki, Onkologiya sahəsi üzrə tenderlərin adətən qalibi həmişə deputat Kəmaləddin Qafarova məxsus olduğu iddia olunan şirkət qalib elann edilirdi. Görünür, bu deputat adınınmətbuatda tender qalmaqallarında daha çox hallanmasına görə ya prosesdən kənarlaşdırılır,  ya da cərəyən edənsiyasi proseslər fonunda mövqeyini də itirir.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR