"Məmurlar ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına..." - Siyavuş Növruzov parlamentdə kimləri qınadı?
SİYASƏT
Bugün, 14:09
“Son vaxtlar korrupsiyaya qarşı cənab Prezident tərəfindən aparılan mübarizə nəticəsində ayrı-ayrı məmurların məsuliyyətə cəlb olunması və onların qeyri-qanuni korrupsion yollarla əldə etdiyi vəsaitlərin ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına yazdırılması və nəticə etibarilə özünün heç nəyi olmaması, hətta yaşayış evinin belə olmaması, kirayə yaşaması kimi hallarına rast gəlirik”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bu da o insanlarda bir ikrah hissi doğurur: "Hesab edirəm ki, burada düzgün olaraq bəyannamə qabaqcadan elan olunmalıdır. Bir çox hallarda çoxu göstərir ki, keçmişdən ona babasından vəsaitlər qalıb. Əslində yoxlasan, babası lütün biri olub. İndi bunun adına gətirib hər hansı bir ad yazdırır ki, onun vəsaiti hesabınadır. Mən hesab edirəm ki, bəyannamə bunun hamısını açıq şəkildə göstərəcək.
İkincisi, bu qanun layihəsi ədalətsiz sahibkarlığın qarşısını alacaq. Bu gün ədalətsiz sahibkarlıqla məşğul olan həmin insanlar kifayət qədər oğurladığı pulları bu və ya digər dərəcədə ticarət, tikinti, fermer və digər sahələrə qoymaqla kiçik və orta sahibkarlığın belini qırır. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş gedib bankdan 23-24 faizə kredit götürüb bu işi görmək istəyəndə bu, külli miqdarda vəsaiti tökür, dəyərinə-dəyməzinə işlərini görür və ya da elədiyi məhsulu da dəyərinə-dəyməzinə satır. Çünki pul havayıdır və bu havayı pulun nəticəsində bunu əldə edir".
Deputatın fikrincə, minlərlə insan kənd yerlərində onların hesabına, demək olar ki, hər hansı bir bizneslə məşğul olmaqdan kənarda qalır:
"Mən hesab edirəm ki, biz bu qanunu qəbul etməklə bu qarşılıqlı rəqabəti də ortadan qaldırmalı olacağıq.
Üçüncü bir məsələ, məmur və digər tərəf... Biz burada hər iki tərəfi də nəzərdə almalıyıq. Məmura rüşvəti təklif eləyən də var axı. Məmura əgər rüşvət təklif eləməsələr, məmur rüşvəti haradan ala bilər? Təklif eləyən tərəfi də qınamalıyıq, düzgün yolu göstərməliyik ki, hər bir fərasətsiz, təhsili olmayan, zəif təhsilli övladını bu və ya digər dərəcədə şirnikləndirməklə və yaxud hədiyyələrlə, digər vasitələrlə işə cəlb etmək olmaz. Bu, dövlətə də ziyandır”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Keçmiş nazir ev dustaqlığına buraxılıb
Bugün, 14:47 DÜNYA
-
"Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
Bugün, 14:31 İQTİSADİYYAT
-
Zahid Oruc: "Vəzifəli şəxsin qərəzsizliyinə əsaslı şübhə yaranması qabaqlayıcı..."
Bugün, 14:25 SİYASƏT
-
Muzey və Heydər Əliyev mərkəzlərində attestasiya prosesi həyata keçirilir
Bugün, 14:23 MƏDƏNİYYƏT
-
"Məmurlar ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına..." - Siyavuş Növruzov parlamentdə kimləri qınadı?
Bugün, 14:09 SİYASƏT
-
“Vəzifələrdə qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də..." - Deputat MM-də “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” fikrindən danışdı
Bugün, 14:02 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Bugün, 13:37 GÜNDƏM
-
Məhkəmə eksperti olmaq istəyən şəxslər... - Onlarla bağlı yeni qanun qəbul edildi
Bugün, 13:27 CƏMİYYƏT
-
Hörmüz boğazında daha iki tanker minaya düşüb
Bugün, 13:14 DÜNYA
-
"Məzlumların haqqına əl uzadan hər kəsi Zülfiqar kimi məhv edəcəyik" - MHP liderindən iqtidara açıq xəbərdarlıq
Bugün, 13:07 SİYASƏT
-
Paşinyan media ilə savaşa girdi - Bir qurum media orqanı məhkəməyə verildi
Bugün, 12:54 PRESS
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Bugün, 12:35 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:33 GÜNDƏM
-
Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi qəbul olunub
Bugün, 12:03 İQTİSADİYYAT
-
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
Bugün, 11:49 GÜNDƏM
-
YÜKSƏK İNTELLEKTUAL BİLİYƏ MALİK OLAN GƏNC... - CAVİDAN KƏNGƏRLİ
Bugün, 11:49 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 11:32 GÜNDƏM
-
Bakıda 172 nəfəri aldadan şirkət rəhbəri... - Baş Prokurorluq məlumat yaydı
Bugün, 11:26 CƏMİYYƏT
-
Qadın müğənniyə 74 şallaq vuruldu - Bu görüntüyə görə
Bugün, 11:17 MƏDƏNİYYƏT
-
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bugün, 11:03 GÜNDƏM
-
BDU-da bu fakültə dekanları dəyişir - SİYAHI
Bugün, 10:58 GÜNDƏM
-
DSX-nin əsgəri vəfat edib
Bugün, 10:58 GÜNDƏM
-
Çaqqallar şəhərə doluşub - Əhalidə qorxu artıb (FOTO)
Bugün, 10:32 DÜNYA
-
Peşə təhsili alanlara hərbi xidmətə möhlət hüququ veriləcək? - Açıqlama
Bugün, 10:18 CƏMİYYƏT
-
Türk vokalist yol qəzasında ölüb
Bugün, 10:06 MƏDƏNİYYƏT
-
İstanbulda daha bələdiyyədə əməliyyat: 10 nəfər saxlanılıb
Bugün, 09:49 KRİMİNAL
-
Azərbaycan neft ucuzlaşdı - 2 dollar
Bugün, 09:44 İQTİSADİYYAT
-
"Bu xətanı qətiyyən etmə, yoxsa bitərsən..." - Əmrə Morun qardaşı Ara Gülərə elə məsləhət verdi ki...
Bugün, 09:25 İDMAN
-
Qəzza zolağında gərginlik böyüyür - İki nəfər öldürülüb, xeyli yaralı var
Bugün, 09:16 DÜNYA
-
Şəmkirdə 43 yaşlı kişinin parçalanmış meyiti tapılıb
Bugün, 09:14 KRİMİNAL
-
Məşhur futbolçunun anası oğlunun komanda yoldaşlarını rüsvay elədi: "Qəsdən oğluma ötürmə vermirlər"
Bugün, 09:08 İDMAN
-
Xəzər dənizi suyunun içməli suya çevrilməsi prosesinə start verildi - 165 milyon dollar da ayrıldı
Bugün, 09:07 İQTİSADİYYAT
-
"Milan" "Fənərbaxça"nın futbolçusunu istəyir - 25 milyon avroluq təklif var
Bugün, 09:02 İDMAN
-
Süni intellektin "rolu" və ya ya ajiotaj yaradan görüntünün iziylə... - FOTOLAR
Bugün, 00:30 DÜNYA