COP31-in Antalyada diplomatik böhran: Antalya Paktı niyə qəbul edilmədi? -TƏHLİL
DÜNYA
Bugün, 15:43
2026-cı il noyabrın 22-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) beynəlxalq diplomatiya baxımından gözlənilməz nəticə ilə başa çatdı. İki həftədən artıq davam edən müzakirələrə baxmayaraq, iştirakçı dövlətlər yekun siyasi sənəd üzərində razılığa gələ bilmədilər.
Türkiyə və Avstraliyanın birgə sədrliyi ilə hazırlanmış və «Antalya Paktı» adlandırılan sənədin qəbul edilməməsi sammitin əsas uğursuzluğu kimi qiymətləndirildi. Danışıqların nəzərdə tutulan vaxtdan təxminən iki gün artıq davam etməsi belə tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa kifayət etmədi.
Böhranın əsas səbəbi enerji siyasəti və qalıq yanacaqlardan – neft, qaz və kömürdən mərhələli şəkildə imtina məsələsi idi. Avropa İttifaqı, Böyük Britaniya, Norveç və bir sıra inkişaf etməkdə olan dövlətlər yekun sənəddə bu istiqamətdə konkret öhdəliklərin əks olunmasını tələb edirdilər. Lakin Səudiyyə Ərəbistanı və Rusiya kimi enerji ixracatçısı ölkələr belə yanaşmaya qarşı çıxırdılar. Onların mövqeyinə görə, enerji keçidi iqtisadi reallıqlar və dövlətlərin enerji təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilməlidir. Digər tərəfdən, inkişaf etməkdə olan və iqlim dəyişikliklərindən daha çox zərər görən ölkələr zəngin dövlətlərdən maliyyə dəstəyinin artırılmasını tələb edirdilər. Nəticədə enerji təhlükəsizliyi, iqtisadi maraqlar və ekoloji məsuliyyət arasında ciddi ziddiyyət yaranmışdı.
Antalya Paktının son layihəsində qalıq yanacaqlardan imtina ilə bağlı açıq müddəanın olmaması Avropa İttifaqının ciddi etirazına səbəb oldu. Kiçik ada dövlətləri də sənədin iqlim təhlükəsi qarşısında kifayət qədər təsirli olmadığını bildirdilər. BMT-nin Baş katibi Antonio Quterreş nəticədən dərin məyusluğunu ifadə etdi. Çin nümayəndə heyəti isə razılığın əldə olunmamasının inkişaf etməkdə olan ölkələrin maraqlarına zərər vurduğunu qeyd etsə də, çoxtərəfli diplomatiyanın davam etdirilməsinin vacibliyini vurğuladı.
Türkiyənin mövqeyi isə xüsusi diqqətə layiqdir. Ankara COP31-ə ev sahibliyi etməklə beynəlxalq siyasi arenada vasitəçi və təşəbbüskar dövlət kimi mövqeyini gücləndirməyə çalışırdı. Lakin danışıqların uğursuzluğu Türkiyə sədrliyi üçün ciddi diplomatik sınağa çevrildi. COP31-in prezidenti Murat Kurum tərəflərin razılığa gələ bilməməsindən təəssüfləndiyini bildirdi və yeni sənəd layihəsinin hazırlanmayacağını açıqladı. Bununla belə, Türkiyə 2035-ci ilədək elektrik enerjisinin qlobal yekun enerji istehlakındakı payının 35 faizə çatdırılması təşəbbüsünü irəli sürərək iqlim siyasətində öz mövqeyini nümayiş etdirməyə çalışdı.
Siyasi baxımdan Antalya sammitinin nəticəsi göstərdi ki, müasir dünyada qlobal problemlərin həlli dövlətlərin milli maraqlarından və geosiyasi rəqabətdən kənarda mümkün deyil. İqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ deyil, həm də enerji təhlükəsizliyi, iqtisadi rəqabət və beynəlxalq nüfuz uğrunda mübarizənin mühüm istiqamətidir. Antalya Paktının qəbul edilməməsi isə bir daha sübut etdi ki, dövlətlərin ortaq təhlükəni tanıması hələ ortaq məsuliyyət daşımağa hazır olduqları demək deyil. Türkiyə üçün bu sammit həm beynəlxalq nüfuzunu nümayiş etdirmək imkanı, həm də mürəkkəb qlobal danışıqlarda konsensus əldə etməyin nə qədər çətin olduğunu göstərən diplomatik təcrübə oldu.
Əlifağa Hakverdi
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
YENİ KOMİSSİYA YARADILDI
Bugün, 15:58 GÜNDƏM
-
COP31-in Antalyada diplomatik böhran: Antalya Paktı niyə qəbul edilmədi? -TƏHLİL
Bugün, 15:43 DÜNYA
-
İcarəyə götürdüyü maşının ehtiyat hissələrini satan şəxs saxlanılıb
Bugün, 15:39 KRİMİNAL
-
Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Bugün, 15:31 GÜNDƏM
-
"Qalatasaray" "Aston Villa" ilə oyuna ciddi itkiyə çıxacaq
Bugün, 15:21 İDMAN
-
Aparıcı ilə qəzada ölən şəxs məşhur iş adamı Alik Kərimovun oğlu imiş...
Bugün, 15:14 KRİMİNAL
-
Ceyhun Bayramovdan Paşinyan yeni Konstitusiyası ilə bağlı paylaşımına reaksiya: "Hər hansı şərh vermək istəməzdim"
Bugün, 15:07 SİYASƏT
-
BDU-nun sabiq rektoru barədə maraqlı iddia yayıldı
Bugün, 14:55 CƏMİYYƏT
-
Ehtiyatda olan hərbçilərin xüsusi rütbələri... - Prezident daha bir dəyişikliyi təsdiqlədi
Bugün, 14:53 GÜNDƏM
-
"Hərbi xidmətkeçmə haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlar dəyişdi - Prezident təsdiqlədi
Bugün, 14:11 GÜNDƏM
-
TRAMP və PAŞİNYANDAN BİRGƏ VİDEOMESAJ: "Tramp Marşrutu" layihəsinin icrası rəsmən başlayıb
Bugün, 14:11 GÜNDƏM
-
Azərbaycan və İtaliya XİN başçıları görüşdü, yen mesajlar verildi - FOTOLAR (Yenilənib)
Bugün, 14:02 SİYASƏT
-
Türkiyədə "Prezident kim olsun" sualı ilə sorğu keçirilib - NƏTİCƏLƏR
Bugün, 13:45 SİYASƏT
-
Xaricidə oxuyanların diqqətinə: diplomların tanınması qaydasında dəyişiklik olunub
Bugün, 13:33 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununun hakimləri bəlli olub
Bugün, 13:27 İDMAN
-
Liviya sahillərində Rusiya gəmisi ilə "Merkuriy" korvetinə hücum oldu, gəmi və helikopter batırıldı - Zelenski açıqladı
Bugün, 13:21 GÜNDƏM
-
Deputat Vüqar Rəhimzadənin Culfada seçiciləri ilə növbəti görüşü olub - FOTOLAR
Bugün, 13:09 SİYASƏT
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
Bugün, 12:56 SİYASƏT
-
Qarakənd faciəsindən Ağdamın azadlığına: 20 noyabrın tarixi mesajı
Bugün, 12:41 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:32 CƏMİYYƏT
-
SƏHİYYƏ RƏHBƏRLİYİNİN ƏNDAZƏNİ AŞAN ƏMRİ: nə baş verir? - Səs yazıları və videogörüntü yayıldı
Bugün, 12:27 GÜNDƏM
-
Paşinyan “topu” erməni xalqına atdı...
Bugün, 12:21 SİYASƏT
-
Dövlət qulluğu imtahanı verəcək namizədlərə müraciət edildi
Bugün, 12:21 GÜNDƏM
-
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
Bugün, 12:11 GÜNDƏM
-
İstanbulda görünən şir... - Axtarış davam edir
Bugün, 12:08 DÜNYA
-
Məşhur YAP-çı Səfyar Musayevin oğluna vəzifə verildi
Bugün, 11:52 SİYASƏT
-
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Bugün, 11:28 CƏMİYYƏT
-
Mikayıl Cabbarov: "Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin..."
Bugün, 11:20 İQTİSADİYYAT
-
Şans sizi gözlətməyəcək - BÜRCÜNÜZ üçün xüsusi fürsətlər günlər
Bugün, 11:10 CƏMİYYƏT
-
"Trabzonspor"a uduzan klubda istefa oldu
Bugün, 10:59 İDMAN
-
Media subyektlərinə dəstək müsabiqəsi elan olunub
Bugün, 10:50 PRESS
-
Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı
Bugün, 10:43 SİYASƏT
-
Bakıda şirkət rəhbəri qandallandı
Bugün, 10:43 CƏMİYYƏT
-
104 Qəza xidmətinin maşınları ixtisara düşdü, sürücülər işsiz statusu ilə üzləşib, "Azərqaz"ın rəhbər şəxslərinin isə... - Xəbər təsdiqləndi (VİDEO, FOTO)
Bugün, 10:25 GÜNDƏM