"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil" - İRAN PREZİDENTİ "EVİMDƏ JAKETDƏ YATIRAM" DEDİ VƏ...

\"Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil\" - İRAN PREZİDENTİ \"EVİMDƏ JAKETDƏ YATIRAM\" DEDİ VƏ...

GÜNDƏM

Bugün, 00:07

"Yalan vədlər verməyi və ya ölkəmizin vəziyyətinin çox yaxşı olduğunu deməyi bilmirik. Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian ruhanilərlə görüşdə deyib.

O, ölkənin iqtisadi vəziyyətinin yaxşı olmadığını və müharibə şəraitində olan heç bir ölkədə inkişaf gözləməyin yersiz olduğunu etiraf edib.

Pezeşkian bildirib ki, hazırda ölkənin enerji, dərman tədarükü, qonşu ölkələrlə münasibətlərin möhkəmlənməsinə nə qədər böyük ehtiyacı varsa, bir o qədər də ölkə vətəndaşları arasında sosial həmrəyliyə ehtiyacı yaranıb: "Bu gün ABŞ-ın sanksiyalar və ticarətə məhdudiyyətlər qoymaqla İrandakı sistemi devirməyi hədəfləyib. Bu isə istər-istəməz bütün iqtisadi sahələrin təməlinə də zərbə vurmaqdadır. Dediyim kimi, müharibə şəraitindəyik və bu, bizdən inkişaf deyil, ən azı əlimizdə olanı minimum da olsa qorumağı tələb edir. Xalqa  yalan danışa, yalan vədlər verə bilərik. İnanın, gəlin evimə baxın, evimdə belə enerjini qapatmışam ki, ölkəmə köməyim dəysin. Mən prezidentdəm, ancaq soyuq havaya görə jaketdə yatıram. Hamımız ölkəmiz üçün əlimizdən gələn hər şeyi etməliyik..."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR