"Putin Çindəki uğursuzluğunun qəzəbini Ukraynadan çıxır" - Zelenskidən açıqlama

\"Putin Çindəki uğursuzluğunun qəzəbini Ukraynadan çıxır\" - Zelenskidən açıqlama

GÜNDƏM

Bugün, 17:49

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ötən gecə Kiyevi ballistik raketlərlə vurması barədə açıqlama verib.

Mia.az Ukrayna mətbuatına istinada xəbər verir ki, o, açıqlamasında Rusiyanın Ukraynanın enerji və nəqliyyat infrastrukturunu qəsdən hədəf aldığını deyib.

Zelenski bildirib ki, Rusiya ordusu dünən gecədən bu gün günortaya qədər Ukraynanın müxtəlif bölgələrinə 110-dan çox raket atıb: "Bunlardan 27-si ballistik raket olub. Bundan əlavə,  400-dən PUA ilə ölkəmizə zərbə endirilib. Bu hücumlarda 8 nəfər həlak olub, 30 yaralımız var. Rusiya bizim tək enerji blokumuzu vurmayıb, həm də dəmir yolu qurğularına və körpülərə zərbə endirib"

Zelenski iddia edir ki, Rusiya prezidenti Vladimir Putin hücumu Çində danışıqların uğursuzluğundan sonra qəzəbini Ukraynaya hücumla çıxmaq istəyib.

Tahir 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR