Dövlət Məşğulluq Agentliyində iki mühüm postun müdirləri "vuruldu"

 Dövlət Məşğulluq Agentliyində iki mühüm postun müdirləri \"vuruldu\"

CƏMİYYƏT

Bugün, 13:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyində bir sıra rəhbər şəxslər vəzifələrindən azad olunublar.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlə, Maliyyə departamentinin müdiri Şəms Qasımzadə vəzifəsindən azad olunub.

Digər əmrlə, Elvin Məlikli İnzibati departamentinin Satınalma şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Həmin vəzifələrə hələlik yeni təyinatlar olmayıb.

Qeyd edək ki, Ş. Qasımzadə sözügedən vəzifəyə ötən il, E. Məlikli isə cari ilin mayında təyin olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə E.Məlikli nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsinə gətirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR