Ölkə.az-ın əldə etdiyi xəbərə görə, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrlə, Maliyyə departamentinin müdiri Şəms Qasımzadə vəzifəsindən azad olunub.
Digər əmrlə, Elvin Məlikli İnzibati departamentinin Satınalma şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.
Həmin vəzifələrə hələlik yeni təyinatlar olmayıb.
Qeyd edək ki, Ş. Qasımzadə sözügedən vəzifəyə ötən il, E. Məlikli isə cari ilin mayında təyin olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə E.Məlikli nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsinə gətirilib.