“Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil" - Deputat
İQTİSADİYYAT
Bugün, 12:36
“Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil, topladığı vergini ədalətlə idarə edən dövlətdir.”
Bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat qeyd edib ki, son illərdə Azərbaycanda səhiyyə sisteminin inkişafı, icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlərin əlçatanlığının artırılması və səhiyyə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir
“Bununla belə, səhiyyə sahəsində vergi və sosial ödənişlərə münasibətdə mövcud olan bəzi fərqli yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Bu gün ölkəmizdə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən institutlar, ali tibb təhsili müəssisələrinin klinikaları, digər dövlət tibb müəssisələri və özəl xəstəxanalar eyni səhiyyə sisteminin tərkib hissələridir. Onların hər biri insan sağlamlığının qorunmasına, tibbi xidmətlərin göstərilməsinə və səhiyyənin inkişafına xidmət edir.
Lakin bu müəssisələrin vergi və sosial ödəniş rejimlərində təşkilati-hüquqi statusundan, mülkiyyət formasından və aid olduğu sektordan asılı olaraq ciddi fərqlər mövcuddur. Müxtəlif dövrlərdə qeyri-neft-qaz sektoruna tətbiq edilən güzəştlər, əməkhaqqının müəyyən hədlərinə, o cümlədən 8 min manatadək olan hissəsinə münasibətdə fərqli vergitutma mexanizmləri, ayrı-ayrı müəssisələrə şamil olunan xüsusi rejimlər nəticəsində eyni peşə fəaliyyəti ilə məşğul olan tibb işçilərinin vergi və sosial ödəniş yükü fərqlənə bilir.
Eyni ixtisasa, eyni peşə məsuliyyətinə malik və eyni tibbi xidməti göstərən həkimlərin yalnız çalışdıqları müəssisənin hüquqi statusuna görə fərqli maliyyə şərtləri ilə üzləşməsi səhiyyə sistemində sağlam rəqabətə, kadrların ədalətli bölgüsünə və müəssisələrin dayanıqlı inkişafına mənfi təsir göstərə bilər. Burada məsələ hansısa müəssisəyə verilmiş güzəştin ləğv olunması və ya digərinin üstünlük əldə etməsi deyil. Məsələ bütün səhiyyə müəssisələrinə münasibətdə vahid, şəffaf və ədalətli prinsiplərin müəyyən edilməsidir.
Biz səhiyyə müəssisələrinə yalnız onların hansı qurumun tabeliyində olmasına görə deyil, göstərdikləri tibbi xidmətin mahiyyətinə, ictimai əhəmiyyətinə və fəaliyyət şərtlərinə görə yanaşmalıyıq. Səhiyyə Nazirliyinin institutu, universitet klinikası, dövlət xəstəxanası və ya özəl tibb müəssisəsi - bunların hamısı vahid səhiyyə sisteminin iştirakçılarıdır. Dövlət siyasəti də bu bütövlüyü nəzərə almalıdır”, - parlamentari qeyd edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dövlət Məşğulluq Agentliyində iki mühüm postun müdirləri "vuruldu"
Bugün, 13:01 CƏMİYYƏT
-
Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib
Bugün, 12:49 İQTİSADİYYAT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:41 CƏMİYYƏT
-
“Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil" - Deputat
Bugün, 12:36 İQTİSADİYYAT
-
XİN başçısı: "Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır"
Bugün, 12:28 GÜNDƏM
-
Zahid Oruc deputat həmkarına irad tutdu: "Ekranda adı olan həmkarlar etiraz etməsələr..."
Bugün, 12:23 SİYASƏT
-
QHT-lərlə bağlı qanun dəyişir: Qeydiyyat necə aparılacaq? - DETALLAR BƏLLİ OLDU
Bugün, 12:08 SİYASƏT
-
SOCAR-dan Naxçıvana yanacaq tədarükü barədə - Açıqlama
Bugün, 12:06 GÜNDƏM
-
"Dəhlizin giriş-çıxış nöqtəsi Azərbaycan-Ermənistan sərhədindədir deyə..." - Nazirdən TRİPP yolu haqda açıqlama
Bugün, 11:56 SİYASƏT
-
Milli Məclisə gələn ilin büdcəsindən nə qədər vəsait ayrıldı? -Smeta qəbul olundu
Bugün, 11:52 İQTİSADİYYAT
-
Azərbaycan və Almaniya XİN başçıları mətbuat konfransında: "Bütün Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur" - Yeni mesajlar verildi (YENİLƏNİB)
Bugün, 11:44 GÜNDƏM
-
NAZİR ƏLİ KƏRİMLİNİN HƏBSİ BARƏDƏ SUALI CAVABLANDIRDI: "Hər kəs qanun qarşısında cavab verməlidir və hazırda gedən..."
Bugün, 11:31 SİYASƏT
-
Fərid Şəfiyev: "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələ yaşayır"
Bugün, 11:23 SİYASƏT
-
Müdafiə Nazirliyinin Mətbuat xidmətində dəyişiklik - Nazir Xalq artistinin oğlunu vəzifədən azad etdi
Bugün, 11:16 PRESS
-
PUTİN ÇİNDƏ BELƏ QARŞILANDI - Liderlər 2 saatdan çox nəyi müzakirə edib? + VİDEO
Bugün, 11:10 GÜNDƏM
-
"AZƏRİQAZ"DA İNANILMAZ QƏRAR: 21 rayonda qəza xidmətinin maşınlarına "stop" qoyuldu
Bugün, 10:56 GÜNDƏM
-
ATV kanalının süjeti: Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür - VİDEO
Bugün, 10:42 CƏMİYYƏT
-
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
Bugün, 10:30 CƏMİYYƏT
-
"AY RƏHMƏTLİYİN OĞLU, SÖZÜMÜ NİYƏ QULAĞININ ARDINA VERİRSƏN?" - Deputat "Azərişıq" sədrini MM-də rüsvay elədi, "Ayə, niyə cavab vermirsən, canını hara qoyacaqsan" dedi (VİDEO)
Bugün, 10:21 CƏMİYYƏT
-
Ramiz Mehdiyev və köməkçisi hökmdən apellyasiya şikayəti verib
Bugün, 10:07 SİYASƏT
-
Azərbaycan nefti cüzi bahalaşdı
Bugün, 10:04 İQTİSADİYYAT
-
73 yaşlı Fatih Terim: "Mən əslən kiprliyəm, bununla fəxr edirəm"
Bugün, 09:50 İDMAN
-
Körfəzdə geniş müharibə təhlükəsi artdı - İran Küveytdəki ABŞ bazasına zərbə endirdi
Bugün, 09:42 GÜNDƏM
-
Ronaldosuz ikinci oyununu keçirən Portuqaliya yığmasından inanılmaz geri dönüş... - Uels məğlub oldu
Bugün, 09:26 İDMAN
-
Minlərlə uçuş ləğv olunub, banklarda köçürmələr dayandırılıb... - ABŞ-da "Rəqəmsal xaos" yaranıb
Bugün, 09:17 GÜNDƏM
-
Rumıniyada 5.3 bal gücündə zəlzələ - İstanbulda da hiss olunub
Bugün, 09:05 GÜNDƏM
-
Ərdoğanın lideri olduğu AKP-dəki daha bir müavininin adı "Fond dələduzluğu"nda hallanır - Oğlunun şirkətinə "əl qoyulub"
Bugün, 00:48 SİYASƏT
-
Məşqçi 20 ilə yaxın işlədiyi "Fənərbaxça"dan ayrıldı
Bugün, 00:25 İDMAN
-
Mbappeni təhqir edən azarkeşə 11 ay həbs cəzası verildi
Bugün, 00:09 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
İran Parlamentinin sədrindən ABŞ mediasının "çirkli bomba" xəbərinə - Sərt reaksiya
17.11.2026, 22:29 DÜNYA
-
Bakıda qardaş bacısını öldürüb
17.11.2026, 19:53 KRİMİNAL
-
Vanda zəlzələ olub
17.11.2026, 19:15 GÜNDƏM
-
“Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin”... - Hansı şadlıq evləri qonaqları aldadıb? + Rəsmi siyahı
17.11.2026, 18:23 CƏMİYYƏT