Azər Əmiraslanov: "Neftin yüksək qiymətləri büdcə xərclərini artırmaq üçün yetərli deyil"
İQTİSADİYYAT
Bugün, 11:36
"Dünya bazarında neftin qiymətinin qiymətinin yüksək olması dövlət büdcəsinin xərclərinin artırılması üçün yetərli deyil".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
"2027-ci ilin büdcə zərfində neftin bir barrelinin orta illik qiyməti 65 ABŞ dolları götürülüb. Hazırkı bazar qiymətinin bu göstəricidən təxminən 50 %-ə qədəryüksək olması və davamlı dəyişməsi neftin büdcə qiymətinin artırılması ilə bağlı müəyyən gözləntilər yarada bilər. Lakin dünya neft bazarında cari qiymətlərin yüksəlməsi dayanıqlı tələb amilləri ilə deyil, geosiyasi risklər və təklif məhdudiyyətləri ilə izah olunur. Bu baxımdan neftin orta illik proqnoz qiymətini ehtiyatlı büdcə planlaşdırılması üçün əsaslı baza hesab edirik", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə digər bir məsələ əlavə neft gəlirlərinə münasibətlə bağlıdır: "Bəzən bu fikir səslənir ki, neftin qiyməti yüksəkdirsə, əlavə gəlirlər niyə dərhal xərclənmir? Hesab edirik ki, bu suala fiskal dayanıqlılıq prinsipi əsasında yanaşmalıyıq. Müvəqqəti gəlirlərlə daimi xərcləri maliyyələşdirmək, başqa sözlə, daimi xərc öhdəlikləri yaratmaq doğru yanaşma deyil. Çünki büdcə gəlirləri baxımından əlverişli görünən bazar konyunkturası hər an dəyişə bilər. Fiskal siyasət büdcə üçün əlverişli konyunktura şəraitində də məsuliyyətli və qənaətyönümlü olmalıdır. Dövlət maliyyə sistemində dayanıqlılığın əsas sınağı böhranlı illər deyil, gəlirlərin yüksək olduğu dövrdür. Yüksək gəlir şəraitində bütün əlavə resursların xərclənməsi konyunkturdən asılı olan fiskal siyasətə, bu da son nəticədə maliyyə risklərinə gətirib çıxarır. Belə ki, əlverişli konyunkturda xərclər sürətlə artır, bazar şərtləri pisləşdikdə maliyyə imkanları daralır. Yeni büdcə siyasətinin əsas məqsədlərindən və prinsiplərindən biri məhz bu asılılığın azaldılmasıdır".(Report)
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azər Əmiraslanov: "Neftin yüksək qiymətləri büdcə xərclərini artırmaq üçün yetərli deyil"
Bugün, 11:36 İQTİSADİYYAT
-
QHT-lərlə bağlı qanun dəyişir - Qeydiyyat necə aparılacaq?
Bugün, 11:33 SİYASƏT
-
Sahibə Qafarovadan büdcə barədə - AÇIQLAMA
Bugün, 11:27 İQTİSADİYYAT
-
“Aqrarkredit”də təyinat - Müşahidə Şurasının tərkibi dəyişdi
Bugün, 11:08 İQTİSADİYYAT
-
Milli Məclisdə büdcə zərfinin müzakirəsi gedir
Bugün, 11:02 İQTİSADİYYAT
-
Xalq artisti Zeynəb Xanlarova uzun müddətdən sonra səhnədə - VİDEO
Bugün, 10:56 MƏDƏNİYYƏT
-
4-1 hesablı məğlubiyyətdən sonra Baş məşqçi Ronaldo haqda suala belə cavab verdi: "Kriştianoya ehtiyac duymaq?"
Bugün, 10:41 İDMAN
-
Otel, hava limanı... - Husilər Səudiyyə Ərəbistanını paytaxtına zərbələr endirdi
Bugün, 10:26 DÜNYA
-
Azərbaycanda daha bir vəkil həbs edilib
Bugün, 10:24 KRİMİNAL
-
AZAL Bakı-İstanbul marşrutu üzrə açıqlama yaydı - Bu hava limanına daha uçuş olmayacaq
Bugün, 10:08 GÜNDƏM
-
Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıya qar yağır
Bugün, 10:03 GÜNDƏM
-
Bakıda güclü külək 32 ağacı aşırıb - FOTOLAR
Bugün, 09:49 CƏMİYYƏT
-
Millətlər Liqası: Türkiyə yenə uduzdu, bəs o biri komandalar?
Bugün, 09:41 İDMAN
-
Məşhur aktyor kirvəsinin oğlunun nigah mərasimində mahnı oxudu, gəlinə bahalı qızıl seti bağışladı
Bugün, 09:20 ŞOU-BİZNES
-
"Makler bazarı"nda görünən və görünməyən həqiqətlər... - MÜSAHİBƏ
Bugün, 09:15 CƏMİYYƏT
-
"Beşiktaş"ın keçmiş kapitanı restoran açdı - Qiymətlər "dodaq uçurdur"
Bugün, 09:10 İDMAN
-
İranla sərhəddə şok hadisə - Sərhədimizi "paratrike" uçuş aparatı ilə keçən iranlı saxlanıldı + Əməliyyat VİDEOSU
Bugün, 09:09 GÜNDƏM
-
Türkiyənin bir bölgəsində dabaq xəstəliyi yayılıb - 37 məhəllədə karantinə alınıb
Bugün, 08:53 İQTİSADİYYAT
-
Baş nazir qruplaşmaya bir həftə vaxt verdi: "Əgər əməl etməsələr..."
Bugün, 00:44 DÜNYA
-
"Şaban"ın "Yoksul" filmindəki "Leyla"sı: "Biz hələ ölmədik" - FOTO
Bugün, 00:22 MƏDƏNİYYƏT
-
Volkan Dəmirəl yeni komandanın başında - 1,5 illik müqavilə bağlandı
Bugün, 00:11 İDMAN
-
Qəzzada gərginlik artır - 4 fələstinli öldürülüb
Bugün, 00:07 DÜNYA
-
1000-dən çox inək şəhərə girdi, böyük zərər var - Bələdyyə sədri hökumətdən yardım istəyir
Bugün, 00:06 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum var - Prezidentin Mətbuat Xidməti məlumat yayıb
15.11.2026, 23:14 SİYASƏT
-
Pərvanə Bayramqızının şeirlər kitabı çap olundu - Qulu Ağsəsin redaktorluğu ilə + FOTO
15.11.2026, 21:21 PRESS
-
Hörmüz boğazında daha iki gəmi minaya düşüb - Biri batıb
15.11.2026, 19:55 DÜNYA
-
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
15.11.2026, 19:40 GÜNDƏM
-
Naxçıvanda qadınları yasa aparan avtobus aşdı - 11 nəfər xəsarət aldı (SİYAHI)
15.11.2026, 18:00 KRİMİNAL
-
Sökülən evlərin sahiblərinə vergi güzəşti olacaq - Bəs, kompensasiya necə hesablanmalıdır?
15.11.2026, 17:49 CƏMİYYƏT
-
Azərbaycanda iki nəfər minaya düşüb, biri həlak olub (YENİLƏNİB)
15.11.2026, 17:33 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
15.11.2026, 12:18 CƏMİYYƏT
-
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu oldu - VİDEO
15.11.2026, 12:08 CƏMİYYƏT
-
"Real Madrid" Arda Gülərin maaşını artırır
15.11.2026, 11:44 İDMAN