4-1 hesablı məğlubiyyətdən sonra Baş məşqçi Ronaldo haqda suala belə cavab verdi: "Kriştianoya ehtiyac duymaq?"

4-1 hesablı məğlubiyyətdən sonra Baş məşqçi Ronaldo haqda suala belə cavab verdi: \"Kriştianoya ehtiyac duymaq?\"

İDMAN

Bugün, 10:41

Portuqaliya baş məşqçisi Xorxe Jesus Danimarka yığmasına 4-1 hesablı gözlənilməz məğlubiyyətdən sonra millini tərk edən məşhur hücumçu Kriştiano Ronaldo ilə bağlı suala maraqlı cavab verib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, o, Portuqaliya milli komandasının UEFA Millətlər Liqasındakı məğlubiyytinin Ronaldoya bağlı olmadığını deyib.

Baş məşçqi daha sonra jurnalistlərdən birinin "Oyunda komandanın Ronaldoya ehtiyacını hiss etdinizmi" sualını belə cavablandırıb: "Kriştianoya ehtiyac duymaq? Artıq milli komandada olmadığı halda, ona necə ehtiyacım ola bilər? Ona yalnız vaxt ötürmək, yoldaşlıq etmək üçün zəng edərəm. Artıq oynamır, burada deyil. O, artıq öz qərarını verdi. Portuqaliyanın məğlubiyyəti onunla əlaqəli deyil. Anlayıram,a zarkeşlər ondan yana darıxırlar. Onlar Kriştianonun 23 ildir milli komanda üçün etdiklərini unutmayıblar. Bunu görməzdən gəlmək mümkün deyil. Heç kim buna görə xoşbəxt deyil. Sadəcə biz bu oyuna hazır deyildik. Vəssalam"

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR