Nazir bu instituta direktor təyin etdi - Əmrullayevdən yeni əmr

Nazir bu instituta direktor təyin etdi - Əmrullayevdən yeni əmr

CƏMİYYƏT

Bugün, 10:47

Elm və Təhsil Nazirliynin tabeliyindəki Genetik Ehtiyatlar İnstitutunda təyinatlar olub.

Mia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.

Digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.

Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı İnstitutun kollektivinə təqdim edib.

Qeyd edək ki, N.Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb. 2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olmuş, həmçinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib, 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR