Rəsmi Tehran ABŞ-a konkret ünvan göstərdi: "Bu hərbi bazaları vuracağıq"

Rəsmi Tehran ABŞ-a konkret ünvan göstərdi: \"Bu hərbi bazaları vuracağıq\"

GÜNDƏM

Bugün, 00:03

"Əgər  ABŞ İrana hücum edərsə, İran Avropa ölkələrindəki ABŞ-ın hərbi bazalarına zərbə endirəcək".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu şok bəyanatı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mühsün Rzayi Livanın "Əl-Məyadin" televiziyasına müsahibəsində verib.

O, ABŞ-ın İrana hücum təhdidlərindən qətiyyən çəkinmədiklərini açıqlaylb: "Deyə bilərəm ki, müharibə başlasa, bu dəfə qısamüddətli olmayacaq. Əgər amerikalılar hücum etmək niyyəti ilə böyük səhv etsə, o zaman onların təkcə bölgəmizdəki  bazalarını vurmaqla kifayətlənməyəcəyik, uzaq bölgələrdəki ABŞ bazaları da qanuni hədəfimiz olacaq. Onlar raketlərimizin çata bilməyəcəyini düşündükləri bəzi adalara, o cümlədən Avropa ölkələrindəki ABŞ hərbi bazalarına zərbələrimizi görəcəklər".

Rzayi daha sonra bölgədə ABŞ-a dəstək verən ölkələrə xəbərdarlıq edib: "ABŞ bazalarına ölkələrində qucaq açanlar İrana  hücumda yer almamalıdır. Alarlarsa, onlar üçün fəlakət olacaq".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR