Ərdoğan Trampla telefon danışığı haqda suala belə cavab verdi: "Üçurumun kənarındayıq"

Ərdoğan Trampla telefon danışığı haqda suala belə cavab verdi: \"Üçurumun kənarındayıq\"

GÜNDƏM

Bugün, 15:40

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan gerui dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Mia.az xəbər verir ki, o, jurnalistlərədn birinin Azəraycana səfərə yola çıxarkən ABŞ lideri Trampa telefonla danışıqları barədə sual ünvanlayıb.

Ərdoğan bildrib ki, Trampla ikitərəfl münasibətlər və həllini gözləyən məsələlərlə yanaşı, İranla müharibə əsas müzakirə mövzusu olub: "ABŞ prezidenti Donald Trampla danışığımızda bölgədəki böhranlı vəziyyətlə bağlı Türkiyənin narahatlıqlarını çatdırdım. Biz İrana yeni bir hücum dalğasına qarşıyıq. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və bölgə olaraq uçurumun kənarından geri dönəcəyik".

Ərdoğan deyib ki, mümkün müharibənin iqtisadi və siyasi nəticələrinin yalnız müharibə edən tərəflərlə məhdudlaşmır: "Müharibə sözsüz ki, Körfəz ölkələrindən Avropa və Asiyaya qədər geniş bir coğrafi əraziyə çox böyük təsirini göstərir: "Dostlar, İrana qarşı yeni bir hücum dalğasının başlamasını və bölgəmizin daha da qeyri-sabitliyə sürüklənməsini istəmirik. Hər fürsətdə problemlərin dialoq və diplomatiya yolu ilə həll edilməsini vacib saydığımızı bildiririk. Təəssüf ki, yeni bir mənfi hərəkatdan danışa bilərik. Biz müharibənin qarşısını almaq üçün diplomatik təşəbbüslərə hazırıq. Bunun qarşısını almaq üçün əlimizdən gələni edirik. Mən bu məsələləri Amerika Prezidenti cənab Trampla müzakirə etdim və narahatlıqlarımızı izah etdim. Tərəflərə sülh və diplomatiya qapılarını açmaq üçün müdaxilə etməyə hazır olduğumuzu çatdırdıq".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR