DRONLARIN QƏNİMİNƏ ÇEVRİLƏN TÜRKİYƏNİN YENİ SİLAHI: onun hansı imkanları var? - VİDEO

DRONLARIN QƏNİMİNƏ ÇEVRİLƏN TÜRKİYƏNİN YENİ SİLAHI: onun hansı imkanları var? - VİDEO

GÜNDƏM

Bugün, 13:09

Kamikadze dronlarının qənimi kimi tanınan Türkiyənin yerli və milli imkanlarla istehsal etdiyi "TOLGA" Müdafiə sistemi ciddi sınaqlardan uğurla keçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq sistem ordunun sərəncamına verilib.

Məlumata əsasən, bununla da Türkiyə zirehli texnika, baza əraziləri və münaqişə zonalarındakı vacib obyektlər üçün ən böyük asimmetrik təhdidə çevrilən kamikaze dronlarına qarşı mühüm nailiyyətə imza atıb.

İddialara görə, "TOLGA", miniatür hava təhdidlərini neytrallaşdırmaq üçün tam əməliyyat gücünə sahibdir: "Ənənəvi hava müdafiə sistemlərinin aşkarlamaq və məhv etməkdə çətinlik çəkdiyi, aşağı və sürətli uçan, aşağı radar kəsişmələrinə malik mini/mikro kamikaze dronları artıq "TOLGA" sayəsində təhlükə deyil. Sistem, inkişaf etmiş elektro-optik kameraları, dəqiq radar modulları və süni intellekt dəstəkli hədəf tanıma alqoritmi ilə kilometrlərlə uzaqdan təhdidləri aşkarlaya və izləyə bilir. Moduler quruluşu ilə seçilən TOLGA sərhəd məntəqələrində və kritik infrastruktur obyektlərində sabit platforma, taktiki təkərli zirehli maşınlarda və karvan mühafizəsi missiyalarında mobil bölmə kimi fəaliyyət göstərə bilər. Təhdidin növündən asılı olaraq, sistem həm "Soft-Kill" (elektron müharibə vasitəsilə siqnalın qarşısını alan/dron idarəetməsini pozan), həm də inteqrasiya olunmuş "Hard-Kill" (fiziki məhv) həlləri təklif edə bilər və düşmən kamikaze dronlarını hədəflərinə yaxınlaşmadan əvvəl havada zərərsizləşdirir".

Xəbərdə deyilir ki, sınaqlardan uğurla keçən, çətin sahə və hava şəraitində aparılan canlı atəş və elektron müharibə sınaqlarını sıfır səhvlə başa vuran TOLGA, eyni zamanda, çoxhədəfli izləmə qabiliyyətini təsdiqləyib.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR