FƏLƏSTİN–KİPR GÖRÜŞÜ: HUMANİTAR DİPLOMATİYADAN REGİONAL SİYASİ MARAQLARA DOĞRU... - TƏHLİL
SİYASƏT
Bugün, 14:24
29 oktyabr 2026-cı il tarixində Fələstin Prezidenti Mahmud Abbasın Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis ilə Nikosiyada keçirdiyi görüş təkcə ikitərəfli münasibətlərin müzakirəsi baxımından deyil, daha geniş regional və beynəlxalq siyasi kontekstə görə də diqqətəlayiqdir.
Görüşün əsas gündəliyini Fələstin–Kipr münasibətlərinin möhkəmləndirilməsi, Qəzza zolağındakı humanitar vəziyyət, regionda təhlükəsizlik və sabitlik məsələləri, eləcə də Fələstin–İsrail münaqişəsinin siyasi həlli təşkil edib. Tərəflər, həmçinin Kiprin Qəzzaya humanitar yardımın çatdırılmasında istifadə olunan “Amalthea” dəniz dəhlizinin əhəmiyyətinə toxunublar.
Bu görüşün hər iki tərəf üçün fərqli, lakin bir-birini tamamlayan strateji əhəmiyyəti var.
Kipr Respublikası üçün Fələstinlə münasibətlərin inkişafı Şərqi Aralıq dənizində diplomatik mövqelərin möhkəmləndirilməsi, humanitar təşəbbüslərdə iştirak imkanlarının genişləndirilməsi və Avropa İttifaqı ilə Fələstin arasında əlaqələrdə vasitəçi rolunun gücləndirilməsi baxımından əhəmiyyətlidir. Rəsmi Nikosiya bununla özünü yalnız regional prosesləri müşahidə edən dövlət kimi deyil, həm də onların həllində iştirak edə bilən diplomatik aktor kimi təqdim etməyə çalışır.
Fələstin tərəfi üçün isə Kipr Avropa İttifaqına üzv dövlət kimi xüsusi əhəmiyyət daşıyır. Ramalla üçün Nikosiya ilə siyasi dialoqun genişləndirilməsi Avropa institutları ilə əlaqələrin gücləndirilməsi, beynəlxalq diplomatik dəstəyin qorunması və Qəzza məsələsində humanitar təşəbbüslərin davam etdirilməsi baxımından əlavə imkanlar yaradır. Mahmud Abbasın Kiprin gələcəkdə Fələstin və İsrail arasında dialoqun təşviqində rol oynaya biləcəyini vurğulaması da bu kontekstdə diqqət çəkir.
Burada başqa bir mühüm məqam da var: Kipr Respublikası İsraillə münasibətlərini qoruduğu halda, Fələstinlə də siyasi və humanitar əməkdaşlığını inkişaf etdirir. Bu, Nikosiyanın özünü regional qarşıdurmanın birbaşa tərəfi deyil, müxtəlif aktorlarla əlaqə saxlaya bilən diplomatik platforma kimi mövqeləndirmək istəyini göstərir. Əlbəttə, bu yanaşmanın real vasitəçilik imkanlarına nə dərəcədə çevriləcəyini zaman göstərəcək.
Görüşə Türkiyədən verilən reaksiyalar isə məsələnin daha həssas tərəfini üzə çıxardı. Xüsusilə Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərliyinin etirazı və Türkiyə mediasında səslənən tənqidlər göstərdi ki, Ankara bu diplomatik təması yalnız Fələstin–Kipr münasibətləri çərçivəsində qiymətləndirmir, onu Kipr məsələsinin siyasi kontekstində də nəzərdən keçirir.
Lakin beynəlxalq münasibətlərdə diqqət çəkən məqam bəzən dövlətlərin hansı addımı atmasından daha çox, oxşar addımlara hansı siyasi meyarlarla yanaşılmasıdır. Diplomatik əlaqələrin qurulması bir dövlət üçün milli maraqların ifadəsi hesab edilirsə, başqa bir dövlət üçün də eyni prinsipin keçərli olması təbii görünməlidir.
Nəticə etibarilə, bu görüşün əhəmiyyəti yalnız iki prezidentin bir araya gəlməsi ilə məhdudlaşmır. O, Şərqi Aralıq dənizində diplomatik mövqelərin formalaşması, Fələstin məsələsinin Avropa siyasi gündəmində saxlanılması və humanitar diplomatiyanın regional siyasətlə kəsişməsi baxımından mühüm hadisədir.
Beynəlxalq siyasətdə hər bir dövlət öz maraqlarını qorumağa çalışır. Əsl siyasi yetkinlik isə başqasının da eyni hüquqa malik olduğunu qəbul etməkdən başlayır.
Əlifağa Hakverdi
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əli Kərimli ilə müavini məhkəmədə: anket məlumatları dəqiqləşdi və...
Bugün, 15:36 SİYASƏT
-
Buxarest şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Bugün, 15:27 SİYASƏT
-
Kremldən TDT-yə qatılma çağırşına reaksiya: "Məntiqlidir"
Bugün, 15:18 GÜNDƏM
-
AzTV-də dəyişiklik - Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifədən ayrıldı
Bugün, 15:07 PRESS
-
Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi
Bugün, 14:59 KRİMİNAL
-
Futbol dünyası yasda! - Futbolçu qapıçı ilə toqquşduqdan sonra öldü + FOTOLAR
Bugün, 14:42 İDMAN
-
Tramp və Putin gəlir - Çində təhlükəsizlik ən üst səviyyəyə çıxarıldı, hətta restoran və qəssabxanalardakı bıçaqlar da zəncirlənib
Bugün, 14:36 DÜNYA
-
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi - Şok iddia ilə
Bugün, 14:31 KRİMİNAL
-
FƏLƏSTİN–KİPR GÖRÜŞÜ: HUMANİTAR DİPLOMATİYADAN REGİONAL SİYASİ MARAQLARA DOĞRU... - TƏHLİL
Bugün, 14:24 SİYASƏT
-
"WhatsApp"da saxta kampaniyalarla bağlı xəbərdarlıq: 100 manat məbləğində pul mükafatı...
Bugün, 14:08 CƏMİYYƏT
-
Deputat: "Bəs onda kəndlərdə və aqroparklarda işə götürülən şəxslərlə bağlı ehtiyac haradan yaranır?"
Bugün, 14:02 İQTİSADİYYAT
-
Deputat parlamentdə: "Mütəxəssis adı altında ölkəmizə gələn şəxslərin fəaliyyəti ciddi yoxlanılmalıdır"
Bugün, 13:45 SİYASƏT
-
"Elektron ticarət haqqında" qanun dəyişir
Bugün, 13:14 İQTİSADİYYAT
-
Meydan TV-nin hǝbsdǝ olan ǝmǝkdaşları bəyanat yayıb
Bugün, 12:55 PRESS
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sazişlər ratifikasiya olunub
Bugün, 12:53 SİYASƏT
-
AFFA bu klubları cəzalandırdı
Bugün, 12:53 İDMAN
-
OKTYABRIN “ULDUZ”U – XAQANI ŞIRVANI -900
Bugün, 12:46 PRESS
-
"Call Center"lər vasitəsilə kiberdələduzluq - Azərbaycan polisi Ukraynada müdhiş əməliyyata imza atdı + VİDEO, FOTO
Bugün, 12:31 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl... - Üstü indi açıldı
Bugün, 12:13 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:09 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞMƏDİ... - Deputatlar 3 namizəd arasından yenə eyni adamı seçdi + FOTO (Yenilənib)
Bugün, 12:06 SİYASƏT
-
Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib
Bugün, 11:55 SİYASƏT
-
Məşhur aktrisa ilə "Beşiktaş"lı futbolçu gizli eşq yaşayır
Bugün, 11:47 İDMAN
-
Aktrisa: "Arıqlamaq vəsvəsi xəstəlikdir"
Bugün, 11:42 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Xose Raul Mulino Kinteroya məktub göndərib - MƏTN
Bugün, 11:30 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni səfirləri qəbul edib -FOTO (YENİLƏNİB)
Bugün, 11:18 GÜNDƏM
-
MƏSLƏHƏTÇİYƏ 55 MİN MANAT MAAŞ? - "Azərenerji"nin sabiq rəhbəri Etibar Pirverdiyevin adının hallandığı məhkəmə işində şok iddialar səslənir
Bugün, 11:17 KRİMİNAL
-
Deputatlar İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Bugün, 11:11 GÜNDƏM
-
Dotasiyadan məhrum qalacaq icra başçıları... - Onlar rayonu necə idarə edəcək? +VİDEO
Bugün, 11:07 İQTİSADİYYAT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Birgə məlumat yayıldı
Bugün, 11:00 GÜNDƏM
-
Leylan Nəsirova direktor təyin olunub
Bugün, 10:49 CƏMİYYƏT
-
Azərbaycan nefti sərt düşüşə keçdi - Birdən-birə 10 dollar ucuzlaşma var
Bugün, 10:37 İQTİSADİYYAT
-
"Kurtlar vadisi"nin "Kaşifoğlu"su və ya MİT zabitinin şübhəli ölümü - Məzar açıldı, meyit müayinə olundu, zəhərlənmə təsdiqləndi
Bugün, 10:32 SİYASƏT
-
MƏŞĞULLUQ SİYASƏTİ: yaş, təcrübə və gərəksiz elanlar...
Bugün, 10:25 CƏMİYYƏT