"Zəngəzur layihəsinin tezliklə reallaşacağına tam əminəm" - Elmar Məmmədyarov
SİYASƏT
Bugün, 10:09
Ermənistan Baş naziri Nikol Paşinyan “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi istiqamətində artıq praktiki addımların atıldığını açıqlayıb. O bildirib ki, Ermənistan hökuməti layihənin inkişafı üzrə müvafiq şirkət təsis edilməmişdən əvvəl dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi işlərinə başlayacaq. Paşinyanın sözlərinə görə, məqsəd vaxt itirməmək və indiyədək görülən işləri gələcəkdə layihənin icrasına cavabdeh olacaq şirkətə təhvil verməkdir.
Baş nazir TRIPP-in Ermənistan üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq, layihənin ölkənin 30 ildən artıqdır davam edən blokadadan çıxmasına və Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində nəqliyyat kommunikasiyalarının açılmasına şərait yaradacağını iddia edib. O, layihənin əsas infrastruktur komponentlərinə Nrnadzor-Kerçevan dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin daxil ediləcəyini, qaz və neft kəmərləri məsələsinin isə sonrakı mərhələdə müzakirə olunacağını bildirib.
Paşinyan, həmçinin Rusiyanın TRIPP layihəsində zəmanətçi qismində iştirak etməsi ilə bağlı müxalifətin təkliflərinə sərt reaksiya verib. O, tarixən zəmanətçilərin iştirak etdiyi proseslərin uğursuzluqla nəticələndiyini iddia edərək, müxalifəti müəyyən xarici qüvvələrin himayəsi altında fəaliyyət göstərməkdə ittiham edib. Ermənistan hökumətinin iqtisadi öhdəliklərini yerinə yetirməsinə mane olmaq məqsədi daşıyan planın mövcudluğundan danışan baş nazir bu təşəbbüsün Avrasiya İqtisadi Birliyinin və Rusiyanın müəyyən dairələrində dəstəkləndiyini də iddia edib.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Sherg.az-a açıqlamasında bildirib ki, bu layihəni həm TRIPP, həm də Zəngəzur dəhlizi adlandırmaq olar:
“Baxmayaraq ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarını xeyli genişləndirib və Gürcüstan üzərindən kifayət qədər nəqliyyat imkanlarımız var. Bundan əlavə, Orta Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çinlə Avropa arasında birbaşa nəqliyyat əlaqəsi yaranır. Lakin digər tərəfdən, bu layihə Zəngəzur dəhlizinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Çünki bu dəhliz ilk növbədə Azərbaycanın özü üçün də vacibdir. Beləliklə, Naxçıvanla birbaşa əlaqə qura bilərik.
Bununla bağlı məlumatımız da var. Türkiyə artıq öz ərazisindən Qarsdan Naxçıvana dəmir yolu çəkilməsi barədə qərar qəbul edib. Orada işlər o qədər də asan olmayacaq, çünki ərazidə dağıntılar var. Buna görə də müəyyən vaxt tələb olunacaq.
Digər tərəfdən, Azərbaycan İran vasitəsilə də Naxçıvanla əlaqələr qurur və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Bu dəhliz Ermənistan üçün də çox önəmlidir. Mən belə başa düşürəm ki, Paşinyanın çıxışlarında da məhz buna istinad edilir: Ermənistanın iqtisadiyyatı inkişaf edə bilər. Çünki bu dəhlizdən həm dəmir yolu, həm elektrik xətləri, həm boru kəmərləri, o cümlədən bəzi qaz xətləri keçəcək. Həmçinin avtomobil yolları və digər kommunikasiya xətləri də layihəyə daxildir. Yəni bu, Ermənistan iqtisadiyyatı üçün çox əhəmiyyətli və faydalı marşrut ola bilər. Ona görə də bu layihənin tezliklə reallaşacağına tam əminəm”.
Sabiq nazir Rusiyanın və ya digər ölkələrin layihədə iştirakı məsələsinə də toxunaraq bunun ilk növbədə təhlükəsizlik baxımından nəzərdən keçirilməli olduğunu bildirib:
“Çünki artıq belə bir fikir səsləndirilib ki, Ermənistanın bütün sərhədləri tamamilə Ermənistan sərhədçilərinin nəzarətinə veriləcək. Amma bunun praktik olaraq necə həyata keçiriləcəyi məsələsi var. Hüquqşünaslar bu məsələyə baxmalı və uyğun hüquqi mexanizm tapmalıdırlar. Çünki təhlükəsizlik məsələsi çox önəmlidir, hətta iqtisadiyyatdan da vacibdir. Bununla belə, məndə heç bir şübhə yoxdur ki, bu dəhliz reallaşacaq”.
Dəhlizin fəaliyyətə başlamasının Azərbaycan və Ermənistan arasında sülh prosesinə hansı töhfələri verə biləcəyi ilə bağlı suala cavabında E. Məmmədyarov sülh sazişinin Ermənistan Konstitusiyası ilə əlaqəli olduğunu vurğulayıb:
“Paşinyan parlamentdə yeni Konstitusiya layihəsini təqdim edəcəklərini deyib. İndi görək, bundan sonra nə baş verəcək. Çünki Paşinyan onu da bildirib ki, müxalifət etiraz edəcəyi təqdirdə növbədənkənar parlament seçkiləri elan edə bilər. Çox güman ki, Ermənistan əhalisinin əksəriyyəti həmin dəhlizi dəstəkləyir”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl... - Üstü indi açıldı
Bugün, 12:13 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:09 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞMƏDİ... - Deputatlar 3 namizəd arasından yenə eyni adamı seçdi + FOTO (Yenilənib)
Bugün, 12:06 SİYASƏT
-
Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib
Bugün, 11:55 SİYASƏT
-
Məşhur aktrisa ilə "Beşiktaş"lı futbolçu gizli eşq yaşayır
Bugün, 11:47 İDMAN
-
Aktrisa: "Arıqlamaq vəsvəsi xəstəlikdir"
Bugün, 11:42 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Xose Raul Mulino Kinteroya məktub göndərib - MƏTN
Bugün, 11:30 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni səfirləri qəbul edib -FOTO (YENİLƏNİB)
Bugün, 11:18 GÜNDƏM
-
MƏSLƏHƏTÇİYƏ 55 MİN MANAT MAAŞ? - "Azərenerji"nin sabiq rəhbəri Etibar Pirverdiyevin adının hallandığı məhkəmə işində şok iddialar səslənir
Bugün, 11:17 KRİMİNAL
-
Deputatlar İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Bugün, 11:11 GÜNDƏM
-
Dotasiyadan məhrum qalacaq icra başçıları... - Onlar rayonu necə idarə edəcək? +VİDEO
Bugün, 11:07 İQTİSADİYYAT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Birgə məlumat yayıldı
Bugün, 11:00 GÜNDƏM
-
Leylan Nəsirova direktor təyin olunub
Bugün, 10:49 CƏMİYYƏT
-
Azərbaycan nefti sərt düşüşə keçdi - Birdən-birə 10 dollar ucuzlaşma var
Bugün, 10:37 İQTİSADİYYAT
-
"Kurtlar vadisi"nin "Kaşifoğlu"su və ya MİT zabitinin şübhəli ölümü - Məzar açıldı, meyit müayinə olundu, zəhərlənmə təsdiqləndi
Bugün, 10:32 SİYASƏT
-
MƏŞĞULLUQ SİYASƏTİ: yaş, təcrübə və gərəksiz elanlar...
Bugün, 10:25 CƏMİYYƏT
-
Qrenlandiya müstəqillyə dorğru ilk addımı atdı?
Bugün, 10:19 DÜNYA
-
Mingəçevirdə bıçaqlanma olub
Bugün, 10:17 KRİMİNAL
-
"Zəngəzur layihəsinin tezliklə reallaşacağına tam əminəm" - Elmar Məmmədyarov
Bugün, 10:09 SİYASƏT
-
ABŞ-da TARİXİ SEÇKİ: Trampın qalan iki ili və qeyri-müəyyən vəziyyət... - Amerikalılar müharibə və bahalaşmaya "hə", yoxsa "yox" deyəcək?
Bugün, 09:55 GÜNDƏM
-
Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifədən azad olunub
Bugün, 09:43 CƏMİYYƏT
-
Türkiyə seçkini bir ay əvvələ çəkir: Ərdoğanın son namizədliyinin yolu belə açılacaq - MÜŞAVİRDƏN AÇIQLAMALAR
Bugün, 09:21 SİYASƏT
-
İranın Qeşm adası bombalanıb
Bugün, 09:17 GÜNDƏM
-
Türkiyədə tanınmış iş adamına "xərac" kəsmək istəyən "çirkinlər" qandallanır - 8 nəfər tutulub
Bugün, 09:14 KRİMİNAL
-
Əmlakın bölünməsi, payın ayrılması və ya kompensasiya məbləğinin müəyyən edilməsi... - MÜSAHİBƏ
Bugün, 09:00 CƏMİYYƏT
-
Ər-Riyadda dronlara yenə hücum olunub
Bugün, 00:13 DÜNYA
-
Dövlət Baxçalının bacısı vəfat edib
Bugün, 00:10 DÜNYA
-
TRAMPDAN SEÇKİ GÜNÜ İRANLA BAĞLI MÜHÜM - AÇIQLAMA
Bugün, 00:04 GÜNDƏM
-
Deputatın daha 4 yaxını həbs edildi - Qardaşı və 6 nəfər isə ev dustaqlığına buraxıldı
Bugün, 00:03 SİYASƏT
-
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
02.11.2026, 23:07 SİYASƏT
-
Türkiyədə iki güclü zəlzələ oldu
02.11.2026, 22:10 GÜNDƏM
-
Bu rayonlarda işıq olmayacaq - Sabahla bağlı xəbərdarlıq
02.11.2026, 22:10 CƏMİYYƏT
-
Kifli çörək, AQTA və №1-in təlaşı...
02.11.2026, 19:41 CƏMİYYƏT
-
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
02.11.2026, 19:40 GÜNDƏM