ABŞ-da TARİXİ SEÇKİ: Trampın qalan iki ili və qeyri-müəyyən vəziyyət... - Amerikalılar müharibə və bahalaşmaya "hə", yoxsa "yox" deyəcək?
GÜNDƏM
Bugün, 09:55
Yüksək yaşayış xərcləri, artan inflyasiya və İranla davam edən müharibənin kölgəsində Amerika seçiciləri bu gün Konqres və Nümayəndələr Palatası üzərində nəzarət və Donald Trampın qalan iki illik prezidentlik müddətinin siyasi arxitekturasını müəyyən edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ölkədə 2026-cı il ara seçkiləri üçün səsvermə başlayıb.
İddialara görə, bu seçki Konqresdəki güc balansını kökündən dəyişdirə və Trampın atacağı addımları cilovlaya bilər:
"Prezident Donald Trampın müddətinin ortalarına təsadüf edən seçkilər həm Respublikaçılar Partiyası, həm də Ağ Evin gələcəyi üçün tarixi bir sınaqdır. Faktdır ki, bu seçkinin gedişatını iqtisadiyyat və İran müharibəsi həll edəcək. Seçicilərin çoxu üçün ən vacib amil yaşayış xərclərinin artmasıdır mi, bu da Trampın partiyasının səsalma şansını təhdid edir. Bəli, Tramp administrasiyası tərəfindən tətbiq edilən digər ölkələrə qarşı yüksək tariflər, ərzaq və yanacaq qiymətlərinin artmasına səbəb olan İranla hərbi münaqişə seçicilərin rəyinə ümdə təsir edəcək faktorlar sayılır.
Məlumat üçün qeyd edək ki, bir neçə ay əvvələ qədər 3,75 dollar olan dizel yanacağının qiyməti sentyabr ayında rekord həddə - 6,52 dollara çatıb, inflyasiya isə Trampın vəzifəyə başladığı zamanda 3 faizdən 3,7 faizə yüksəlib".
Məlumatda deyilir ki, sabiq prezident Obamanın liderliyindəki Respublikaçılar isə möhkəm müdafiə mövqeyində duraraq Tramp administrasiyasına qarşı səbrlə zərbə endirməkdədirlər: "Bu yerdə yada salaq ki, Trampın reytinqi təxminən 38 faizə düşüb. O, bundan narahat olaraq, son həftələrdə aktiv mitinqlər təşkil edib, orada popilst çıxışlar edib. Lakin bu belə pisləşən iqtisadi vəziyyət fonunda onun reytinqinə ciddi təsir göstərməyib. Üstəlik, hətta Respublikaçılar Partiyasının daim güclü olduğu Kanzas, Ayova və Texas kimi ştatlarda belə demokratlar xeyli önə çıxmağa başlayıb".
Respublikaçıların Senat yarışında qalib gələcəklərinə inandıqları Kanzas kimi ştatlarda reklam büdcələrinə milyonlarla dollar ayırmalarına münasibət bildirən siyasi təhlil şirkəti "Cook Political Report"un redaktoru Kerri Dann bildirib ki, bu, real vəziyyətə işıq salır: "Əgər onlar qalib gələcklərinə inandıqları bir ştata xərcləməyə başlayıblarsa, bu, onların təlaşda olduğunun göstəricidir"
Bu arada, Tramp seçicilərə birbaşa mitinqlərində müraciət edib. O, tərəfdarlarından seçkiyə qatılmalarını xahiş edib: "Sizdən xahiş edirəm ki, səsverməyə qatılın, seçki bülletenlərinizi istifadə edin"
Sorğular göstərir ki, mövcud iqtisadi narazılıq Demokratlara üstünlük verir və Nümayəndələr Palatasında əksəriyyətin əl dəyişdirə biləcəyi ehtimalı var. Lakin, Demokrat Partiyasına seçici dəstəyinin 29 faiz səviyyəsində qalması narazı Respublikaçı seçicilərin tərəf dəyişdirib-dəyişməyəcəyi ilə bağlı sual doğurur.
Məlumat üçün bildirk ki, 35 yer uğrunda mübarizə aparan Senatda Demokratların nəzarəti ələ keçirmək üçün ən azı 4 boş yer qazanması lazımdır: "Seçkilərin taleyini müəyyən edəcək əsas ştatlar Miçiqan, Texas, Ohayo, Ayova, Men, Alyaska və Şimali Karolinadır. Əgər Nümayəndələr Palatası Demokratlara keçərsə, Trampın qanunvericilik gündəliyi bloklanacaq və onun kabinet üzvlərinə qarşı impiçment araşdırmaları başlayacaq".
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
OMBUDSMAN DƏYİŞƏCƏK, YOXSA... - 3 namizəd var, deputatlar kimə "hə" deyəcək? + FOTO (Yenilənib)
Bugün, 12:06 SİYASƏT
-
Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib
Bugün, 11:55 SİYASƏT
-
Məşhur aktrisa ilə "Beşiktaş"lı futbolçu gizli eşq yaşayır
Bugün, 11:47 İDMAN
-
Aktrisa: "Arıqlamaq vəsvəsi xəstəlikdir"
Bugün, 11:42 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Xose Raul Mulino Kinteroya məktub göndərib - MƏTN
Bugün, 11:30 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni səfirləri qəbul edib -FOTO (YENİLƏNİB)
Bugün, 11:18 GÜNDƏM
-
MƏSLƏHƏTÇİYƏ 55 MİN MANAT MAAŞ? - "Azərenerji"nin sabiq rəhbəri Etibar Pirverdiyevin adının hallandığı məhkəmə işində şok iddialar səslənir
Bugün, 11:17 KRİMİNAL
-
Deputatlar İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Bugün, 11:11 GÜNDƏM
-
Dotasiyadan məhrum qalacaq icra başçıları... - Onlar rayonu necə idarə edəcək? +VİDEO
Bugün, 11:07 İQTİSADİYYAT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Birgə məlumat yayıldı
Bugün, 11:00 GÜNDƏM
-
Leylan Nəsirova direktor təyin olunub
Bugün, 10:49 CƏMİYYƏT
-
Azərbaycan nefti sərt düşüşə keçdi - Birdən-birə 10 dollar ucuzlaşma var
Bugün, 10:37 İQTİSADİYYAT
-
"Kurtlar vadisi"nin "Kaşifoğlu"su və ya MİT zabitinin şübhəli ölümü - Məzar açıldı, meyit müayinə olundu, zəhərlənmə təsdiqləndi
Bugün, 10:32 SİYASƏT
-
MƏŞĞULLUQ SİYASƏTİ: yaş, təcrübə və gərəksiz elanlar...
Bugün, 10:25 CƏMİYYƏT
-
Qrenlandiya müstəqillyə dorğru ilk addımı atdı?
Bugün, 10:19 DÜNYA
-
Mingəçevirdə bıçaqlanma olub
Bugün, 10:17 KRİMİNAL
-
"Zəngəzur layihəsinin tezliklə reallaşacağına tam əminəm" - Elmar Məmmədyarov
Bugün, 10:09 SİYASƏT
-
ABŞ-da TARİXİ SEÇKİ: Trampın qalan iki ili və qeyri-müəyyən vəziyyət... - Amerikalılar müharibə və bahalaşmaya "hə", yoxsa "yox" deyəcək?
Bugün, 09:55 GÜNDƏM
-
Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifədən azad olunub
Bugün, 09:43 CƏMİYYƏT
-
Türkiyə seçkini bir ay əvvələ çəkir: Ərdoğanın son namizədliyinin yolu belə açılacaq - MÜŞAVİRDƏN AÇIQLAMALAR
Bugün, 09:21 SİYASƏT
-
İranın Qeşm adası bombalanıb
Bugün, 09:17 GÜNDƏM
-
Türkiyədə tanınmış iş adamına "xərac" kəsmək istəyən "çirkinlər" qandallanır - 8 nəfər tutulub
Bugün, 09:14 KRİMİNAL
-
Əmlakın bölünməsi, payın ayrılması və ya kompensasiya məbləğinin müəyyən edilməsi... - MÜSAHİBƏ
Bugün, 09:00 CƏMİYYƏT
-
Ər-Riyadda dronlara yenə hücum olunub
Bugün, 00:13 DÜNYA
-
Dövlət Baxçalının bacısı vəfat edib
Bugün, 00:10 DÜNYA
-
TRAMPDAN SEÇKİ GÜNÜ İRANLA BAĞLI MÜHÜM - AÇIQLAMA
Bugün, 00:04 GÜNDƏM
-
Deputatın daha 4 yaxını həbs edildi - Qardaşı və 6 nəfər isə ev dustaqlığına buraxıldı
Bugün, 00:03 SİYASƏT
-
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
02.11.2026, 23:07 SİYASƏT
-
Türkiyədə iki güclü zəlzələ oldu
02.11.2026, 22:10 GÜNDƏM
-
Bu rayonlarda işıq olmayacaq - Sabahla bağlı xəbərdarlıq
02.11.2026, 22:10 CƏMİYYƏT
-
Kifli çörək, AQTA və №1-in təlaşı...
02.11.2026, 19:41 CƏMİYYƏT
-
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
02.11.2026, 19:40 GÜNDƏM
-
Noyabrda bu üç bürc üçün gəlir
02.11.2026, 19:13 CƏMİYYƏT
-
Quba Soyqırımı Memorial Kompleksi maarifləndirici tədbirlər keçirib
02.11.2026, 19:04 CƏMİYYƏT