Türkiyə seçkini bir ay əvvələ çəkir: Ərdoğanın son namizədliyinin yolu belə açılacaq - MÜŞAVİRDƏN AÇIQLAMALAR

Türkiyə seçkini bir ay əvvələ çəkir:  Ərdoğanın son namizədliyinin yolu belə açılacaq - MÜŞAVİRDƏN AÇIQLAMALAR

SİYASƏT

Bugün, 09:21

Türkiyədə "Seçkilərə 18 ay qalıb",- deyə ötən ay növbədənkənar seçki anonsu verən Prezident Əroğanın Baş müşaviri Mehmet Uçum bu dəfə konkret və fikir irəli sürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, canlı yayımda çıxış edən müşavir seçkinin vaxtından bir ay əvvəl keçiriləcəyinin qarşısında əngəl olmadığını inamla səsləndirib: "Əvvəl dedim ki, əgər seçkilərin 16 aprel 2028-ci ildə keçirilməsi barədə qərar qəbul edilərsə, bunun simvolik əhəmiyyəti olacaq. Buna görə də, sadəcə mart və ya aprel aylarında olacağının əsasən aydın olduğunu demədim. Bu, konkret bir tarixdir. Mənə görə, seçki mayın 7-də deyil, qeyd etdiyim tarixdə olacaq"

Uçum "CNN Türk"ün efirində bildirib ki, əgər Parlament seçkilərin vaxtından əvvəl keçiriləməsinə qərar verərsə, hazırkı Prezident Ərdoğanın sonuncu dəfə namizədliyi qanunilik qazanacaq: "AK Partiya, MHP və CHP-nin iradəsi ilə seçkilərin bir ay əvvələ çəkilməsi üçün tələb olunan 360 səsə qarşı hazırda 371 səs almaq fürsəti yaranıb. Seçkiləri qanuni vaxtından bir müddət əvvəl keçirmək meyli  hzırda cəmiyyətin böyük kəsimi tərəfindən dəstəklənir. Bunu görürsünüz. İkincisi və ən əsası, Prezident Ərdoğan yenidən namizədliyini irəli sürəcək. Bu, ölkəmiz acısından mütləqdir! Bunun üçün parlament erkən seçki qərarına gələrsə, hazırkı Prezident müstəsna olaraq son dəfə namizəd ola olacaq. Əslində, bir ay əvvəl seçkinin önə çəkilməsi erkən seçki də sayılmaz. Burada əsas nüans Ərdoğanın yenidən namizədliyidir. Ki, bunu da  seçkini bir ay əvvələ çəkməklə hüquqi həllinə nail olacağıq. Mən düşünürəm k, bu qərara azı 500 deputat səs verəcək".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR