Okan Burukdan "Qalatasaray"dakı istefalara reaksiya: "Çox yaxşı çıxış etdiyimiz bir dövrdə..." - "Artıq o qara buludları dağıtdıq"

Okan Burukdan \"Qalatasaray\"dakı istefalara reaksiya: \"Çox yaxşı çıxış etdiyimiz bir dövrdə...\" - \"Artıq o qara buludları dağıtdıq\"

İDMAN

Bugün, 14:35

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk sabah Çempionlar Liqasında "Ştutqart"la oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Qalatasaray"ın  vitse-prezidentləri Metin Öztürklə Abdullah Kavukçunun dalaşaraq ikisinin də istefasına təəssüfləndiyini gizlətməyib: "Bunlar istədiyimiz şeylər deyil. Özü də çox yaxşı oynadığımız və işlərin reysə düşdüyü bir dövrdə belə bir şey xoş olmadı. Hazırda matça diqqət yetirməliyik. Bu barədə qərarı prezidentimiz verəcək. Biz yalnız futbol tərəfini düşünürük. Bu matç çox vacibdir. Mənim və ya oyunçularım üçün heç bir bəhanə yoxdur."

"Ştutqart"la oyundan danışan Buruk bildirib ki, rəqib liqa və Avropada fərqli oyunlar göstərir: "Rəqibimizi liqa və Avropa yarışlarına ayıra bilərik. Onlar liqada olmaq istədikləri yerdə deyillər, 5 məğlubiyyətə uğradılar. Son matçında qalib gəlib 9 xala yüksəldilər. Çempionlar Liqasında 7 xalla yaxşı vəziyyətdədirlər. İki fərqli performans sərgiləyirlər. Son matç bizim üçün vacibdir. Oyunçularıma, onların performansına çox güvənirəm. Əla "Qalatasaray" azarkeşlərinə çox güvənirəm. Artıq o qara buludları dağıtdıq. Yalnız nəticələr baxımından deyil, həm də oyun baxımından daha yaxşı vəziyyətdəyik"

FƏRİD ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR