Milyonçunun villasına gecə yarısı basqın: özü və iki qızı güllələləndi, arvadı çəkiclə döyüldü - Kanadadakı şok olay dünyanın diqqətində (FOTO)

Milyonçunun villasına gecə yarısı basqın: özü və iki qızı güllələləndi, arvadı çəkiclə döyüldü - Kanadadakı şok olay dünyanın diqqətində (FOTO)

KRİMİNAL

Bugün, 13:23

Kanadanın Toronto şəhərindəki çoxmilyonluq bir malikanəyə üç maskalı naməlum şəxsin basqını dünya mediasının gündəmini edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, basqın 29 oktyabrda, yerli vaxtla təxminən saat 3:43-də baş verib.

Bildirildiyinə görə, Toronto şəhərinin Bridl Path küçəsindəki Hyde Park dairəsindəki görkəmli malikanəyı basqın edən üç maskalı killer arxa qapıdan evə daxil olublar:

"Onlar villanın sahibi olan məşhur "Mac Group"un baş direktoru Devid Mortonla qızları Meqqi və Kristina Zohil-Mortonu güllələyiblər, həyat yoldaşı Doriana Zohilə isə çəkic zərbələri endiriblər. Ailənin dörd üzvünün hayqırıtından sonra killerlər qaçıb. Onların 4-ü də ağırxəsarətlərlə xəstəxanaya çatdırılıblar. İlkin məlumata görə, onlardan ənazı ikisində ömürlük şikəstlik qalacaq..."

Xəbərdə iddia olunur ki, basqınçılar evə daxil olarq pul və qiymətli əşyalar tələb etməyə başlayıblar: "İlk etirazdan sonra isə gülləbarana keçiblər. Polis və müvafiq qurumlar faktla bağlı birgə istintaq çərçivəsində araşdırma aparır. Maskalı şəxslərin axtarışı davam edir".

Məlumatda o da deyilir ki, son 6-7 ayda Kanadanın paytaxtında belə basqınların sayı 35 faizədək yüksəlib: "Rəsmilər artıq həyəcan təbili çalırlar...".

Hüseyn Namazov

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR