Səhiyyə Nazirliyinin mətbuat katibi bəlli oldu - Yeni nazirdən daha bir dəyişiklik (FOTO)

Səhiyyə Nazirliyinin mətbuat katibi bəlli oldu - Yeni nazirdən daha bir dəyişiklik (FOTO)

PRESS

Bugün, 10:08

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub.

Məlumata görə, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.

Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb/bakipost.

Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib.

Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib

Görünür, Anar Bayramov səhiyyə naziri təyin olunduqdan sonra TƏBİB-də birgə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəlib.

Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR