Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılacaq

Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılacaq

İQTİSADİYYAT

Bugün, 14:07

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılacaq.

Mia.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Report-a məlumat verib.

Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:

"Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi cariilki məbləğdən 14 manat artacaq. Artıq dörd ildir ehtiyac meyarı yaşayış minimumuna bərabərləşib və belə davam edir. Bu, yaxşı göstəricidir".

Qeyd edək ki, bundan əvvəl yaşayış minimumu və ehtiyac meyarının məbləği 300 manat olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR