"Onu özünə "ağsaqqal" seçən bəzi məmur və icra başçılarının cəzası haçan veriləcək?" - Keçmiş başçı maraqlı fakt açıqladı

\"Onu özünə \"ağsaqqal\" seçən bəzi məmur və icra başçılarının cəzası haçan veriləcək?\" - Keçmiş başçı maraqlı fakt açıqladı

SİYASƏT

Bugün, 13:06

"Ramiz Mehdiyevin əmlaklarının, mal-mülkinin siyahısına baxanda, düşündüm ki, bu şəraiti ona yaradan bəzi məmurların, İcra başçılarının, onu özünə “ ağsaqqal" seçənlərin, onun dönəmində "pələng dərisi"nə bürünmüş tülkülərin, ona quyruq bulayanların cəzası haçan veriləcək?"

Mia.az xəbər verir ki, bu sözləri YAP-ın məşhur  funksioneri, sabiq deputat, 2006-2010-cu illər aralığında  Naftalanın icra başçısı işləmiş Musa Musayev "Facebook"dakı hesabında yazıb.

Onun sözlərinə görə, bəlkə də yeganə icra başçısı idi ki, nə Ramiz Mehdiyevə tabe olub, nə ona kurort şəhəri olan Naftalanda bir kv. metr torpaq sahəsi verib: "Baxmayaraq ki, 2007 - ci ildə onun “elçiləri” Naftalanda Sanatoriya tikmək üçün 1 hektar torpaq sahəsi almaq üçün mənim yanıma gəlmişdilər. Mən onları əliboş geri qaytardım. Dedim ki, Naftalan şəhərini genişləndirmək fikrim var, Naftalanın özünün torpağa ehtiyacı var!".

Keçmiş icra başçısı deyir ki, o, belə "istəklər"i geri çevirdiyi üçün Ramiz Mehdiyevin “qara siyahı"sında olub: "Nəticədə hər kəsə bəllidir ki, 12 il işsiz qaldım . Atalar demişkən, haqq nazilər lakin üzülməz".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR