NETANYAHU SEÇKİ BİTMƏMİŞ "QILINCINI ÇƏKDİ": "Sionist və yəhudilər ağlını başına yığmalı və..." - "Tehran rejiminin dirçəlməsinə imkan verə bilmərik..."

NETANYAHU SEÇKİ BİTMƏMİŞ \"QILINCINI ÇƏKDİ\": \"Sionist və yəhudilər ağlını başına yığmalı və...\" - \"Tehran rejiminin dirçəlməsinə imkan verə bilmərik...\"

GÜNDƏM

Bugün, 12:59

İsraildə keçirilən parlament seçkilərinin nəticələri sayılarkən Baş nazir Netanyahu seçicilərinin qarşısına çıxıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, o, səslərin sayımının hələ bitmədiyini xatıladıb və tam nəticələrin yaxın iki gün ərzində rəsmi açıqlanacağını xüsusi vurğulayb.

Baş nazir bu seçkinin yəhudi və sionist seçicilər üçün bir dərs olmalı olduğunu da sözlərinə əlavə edib: "Yəhudi icmasında və yəhudi dövlətini dəstəkləyənlər arasında çoxluq təşkil edirik. Buna görə də dedim və bir daha deyirəm ki, güclü, milli sağçı hökumət qurmalıyıq. Bu, həm də seçki prosesinə biganə yanaşan yəhudi və sionistlər üçün bir dərs olmalıdır"

Netanyahu müxalifətin ərəb partiyalarının dəstəyi ilə hökumət qurma ehtimalına da sərt reaksiya verib: "Bu partiyalar İsrailin mövcudluğuna qarşı çıxır. Sionist əleyhinə ərəb partiyalarına əsaslanan hökumət qurmaq və bununla da İsraili təhlükəyə atmaq qətiyyən qəbuledilməzdir. Bunlar bizim varlığımıza qarşı çıxan, HƏMAS-ı xeyriyyə təşkilatı kimi görən və əsgərlərimizi müharibə cinayətkarı kimi qələmə verən partiyalardır."

Müxalifətin hərbi xidmətə əsaslanan siyasi ittifaq ritorikasını hədəf alan Netanyahu daha sonra belə davam edib: "Siz əsgərlərimizə, İsrail ordusunun əsgərlərinə hücum edənlərlə əl-ələ verirsiniz. Bu şəxslər nəinki dövlətə xidmət etmir, həm də dövlətin düşmənlərinə xidmət edirlər. Sağçı partiyalar arasında birlik daha da möhkəmlənməlidir. İsrail Dövlətindəki sionistlər və yəhudilər ağlını başına yığmalı və birləşməlidir. Çünki yalnız bu yolla İsrailin gələcəyini təmin edə bilərik".

Çıxışında Netanyahu İsrailin son üç ildə həyata keçirdiyi hərbi əməliyyatlara da toxunaraq Baş nazir bildirib ki, onun hökuməti Yaxın Şərqdə güc balansını dəyişdirib: "Biz  HƏMAS liderləri Məhəmməd Deyf, İsmayıl Haniyə və Yəhya Sinvar, eləcə də Hizbullah lideri Həsən Nəsrullah və İran lideri Əli Xamenei aradan götürdük. Qəzza, Livan və Suriyada təhlükəsizlik zonaları yaratdıq. İran rejiminə çox ağır zərbə vurduq. İndi İran hər zamankidən daha zəifdir, İsrail isə hər zamankidən daha güclüdür. İrana qarşı mübarizə hələ bitməyib, davam edir. Tehran rejiminin dirçəlməsinə imkan verə bilmərik. Çünki bu, İsrailə təhlükədir. ABŞ prezidenti, dostum Donald Trampla birlikdə bu təhlükəni əbədi olaraq aradan qaldırmaq gücümüz var. İndi İsrail tarixi bir fürsət əldə edib. Heç bir xarici güc bizi bu müqəddəs vəzifədən yayındıra bilməz"

Netanyahu sonda onu və partiyasını dəstəkləyən seçicilərə təşəkkür edib.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR