"Biz vəzifəyə deyil, çempionluğa iddialıyıq" - "Montella bu işi bacarmaz"

 \"Biz vəzifəyə deyil, çempionluğa iddialıyıq\" - \"Montella bu işi bacarmaz\"

İDMAN

Bugün, 09:00

"Fənərbaxça" baş məşqçi postuna daha bir iddialı çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur məşqçi Bülent Uyğun İsmayıl Kartalın istefasından sonra bu vəzifəyə təyinat gözlədiyini açıq dilə gətirib.

O bildirib ki, "Fənərbaxça"nı şempionluğa daşıya bilər: ""Fənərbaxça"nın təzyiq və böhranları idarə edə bilən cəsarətli, taktiki və realist bir liderə ehtiyacı var. Aykut Kocaman, mən və Volkan Dəmirəl olsun, üçümüzdən biri  bu işi görə bilərik. Amma Montella (bu posta adı hallanan yığmanın sabiq məşqçisi nəzərdə tutulur -Mia.az) bacarmaz. Biz bunu edə bilərik. Biz vəzifəyə deyil, çempionluğa iddialıyıq. Çempionluğu qazananda bir görüşəcəyik".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR