ÇİN DÖVLƏTİNİN QURUCUSUNA "DİKTATOR" DEDİ, ORTALIQ QARIŞDI - Futbolçu geri addım atdı, ancaq... 

ÇİN DÖVLƏTİNİN QURUCUSUNA \"DİKTATOR\" DEDİ, ORTALIQ QARIŞDI - Futbolçu geri addım atdı, ancaq... 

İDMAN

Bugün, 00:05

"Real Madrid"ln dünya səviyyəli fransız hücumçusu Kilian Mbappenin Çin Xalq Respublikasının qurucusu Mao Zedonq haqqında "Çin diktatoru" ifadəsini işlətməsi çox sərt qarşılanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, fransız futbolçunun bu sözündən sonra  Mbappenin simasını istifadə edən üç Çin şirkəti sponsorluqlarını dayandırıb, eyni zamanda, ona və "Real" klubuna rəsmi etirazlar verilib.

Bununla yanaşı, Çində "Real Madrid"in oyunlarının yayımını dayandırılıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun Pekində keçirilən mətbuat konfransında isə bildirib ki, bu, qəbuledilməzdir və dərhal üzr istənilməlidir.

Etirazların böyüməsini görən Mbappe Çin dövləti və xalqından üzr istəyib: "Sözlərim düzgün anlaşılmayıb. Görürəmki,  yanlış anlaşılmam nəticəsində  Çin və dünyanın hər yerindəki Çin icmalarında bir çox insan əsəbiləşib. Sözlərimin toxunduğu hər kəsdən üzr istəyirəm. Niyyətim qətiyyən kimisə incitmək və ya ciddi olmayıb. Çin xalqına və onların tarixinə dərin hörmətim var və həqiqətən üzr istəyirəm."

Xatırladaq ki, Fransada televiziya proqramında internetdə onun haqqında yayılan zarafatlardan hansının gülməli olduğunu soruşulub. Bu zaman  Mbappe üzünün  Mao Zedonqa bənzədilməsini xatrlayıb və deyib: "Məncə, o, Çin diktatoru idi".

FƏRİD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR