55 Azərbaycan QHT rəhbəri İran prezidentinə açıq məktubla müraciət edib - MƏTN + SİYAHI
SİYASƏT
26.10.2026, 14:56
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər.
Mia.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Biz – Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri öncə Sizə dərin ehtiramımızı ifadə edirik. Sizin işğaldan azad edilmiş doğma Xankəndiyə və hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinə səfərinizi, Azərbaycan Respublikasına münasibətdə nümayiş etdirdiyiniz xoş məramı, Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluğa verdiyiniz önəmi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətlərinizi yüksək qiymətləndiririk.
Sizin həkim kimi onlarla azərbaycanlı pasiyenti əməliyyat etməyiniz, onlara böyük diqqət və qayğı ilə yanaşmağınız, insanlara xidmət amalınız, eləcə də ictimai xadim kimi vətəndaşlıq mövqeyiniz Azərbaycan xalqının Sizə olan rəğbətini daha da artırıb.
Hörmətli cənab Prezident!
Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.
Bütün bunlar Sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir.
Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi Siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız.
Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb.
Bu gün həmin tarixi irsin layiqli davamçıları olan milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir.
Sizdən xahiş edirik ki, İran İslam Respublikasında yaşayan azərbaycanlıların ölkə Konstitusiyasında təsbit olunmuş ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində qətiyyətli və əməli addımlar atılmasına şəxsən təşəbbüs göstərəsiniz.
Hesab edirik ki, bu məqsədlə Azərbaycan dilinin məktəblərdə sistemli şəkildə tədrisinin təşkil edilməsini, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılmasını, müvafiq pedaqoji kadrların hazırlanmasını, dərslik və tədris proqramlarının işlənib hazırlanmasını, eləcə də bu istiqamətdə zəruri hüquqi və institusional mexanizmlərin formalaşdırılmasına ehtiyac duyulur.
Əminik ki, belə bir təşəbbüs yalnız milyonlarla insanın çoxdankı arzusunun gerçəkləşməsinə xidmət etməyəcək, həm də İranın mədəni müxtəlifliyinə verilən yüksək dəyərin, ədalətə və bərabərliyə sadiqliyin parlaq nümunəsinə çevriləcəkdir.
Ana dilində təhsil almaq imkanı yaratmaq bir xalqın keçmişinə göstərilən ehtiram, bu gününə verilən dəyər və gələcəyinə qoyulan ən qiymətli sərmayədir.
Hörmətli cənab Prezident!
İnanırıq ki, məhz Sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir.
Biz – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk.
Bu məktubumuzu qələmə alarkən, Sizin də daim böyük sevgi və ehtiramla yad etdiyiniz Azərbaycanın və İranın qüdrətli söz ustadı Məhəmmədhüseyn Şəhriyarın ana dilimizə həsr etdiyi ölməz misralarını dərin duyğularla xatırlayırıq.
İnanırıq ki, ana dilinə böyük məhəbbət bəsləyən bir Prezident kimi Siz bu tarixi missiyanın gerçəkləşməsi üçün öz layiqli töhfənizi əsirgəməyəcəksiniz.
Dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının nümayəndələri:
1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri;
2. Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri;
3. Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondunun rəhbəri;
4. Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondunun rəhbəri;
5. Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri;
6. Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri;
7. Dilqəm Əhməd – “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri;
8. Seyfəddin Hüseynli – “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri;
9. Səadət Məmmədova - “Maarifçi Media Mərkəzi” İctimai Birliyinin sədri;
10. Qəmər Bağırova - “Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri;
11. Fəridə Mirişova – “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri;
12. Sevinc Abdullayeva – “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri;
13. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri;
14. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri;
15. Şəbnəm Səfərova – “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri;
16. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri;
17. Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri;
18. Şahin Rəhmanlı – “İrəli” İctimai Birliyinin sədri;
19. İradə Rzazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri;
20. Lalə Sərdarlı – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri;
21. Məqsəd Sarıyev – “YENİSİ” Ədədiyyət və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi;
22. Tükəzban Süleymanova – “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri;
23. Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri;
24. Müşviq Ələsgərli – “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri;
25. Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri;
26. Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri;
27. Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri;
28. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri;
29. Aqil Camal – “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri;
30. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri;
31. Səməd Vəkilov – “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri;
32. Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;
33. Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri;
34. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri;
35. Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri;
36. Cəsarət Hüseynzadə – “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri;
37. Vüsalə Hüseynli – “İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyinin sədri;
38. Əhməd Abbasbəyli – “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri;
39. Aytən Həsənova – “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri;
40. Fuad Hüseynzadə – “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri;
41. Anar Xəlilov – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri;
42. Cavid Abdullayev – “Yeni Yol” Gənclərin Maariflənməsi İctimai Birliyinin sədri;
43. Turanə Orucova – “İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyinin (İB) təsisçisi və sədri;
44. Xalid Kazımov – “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri;
45. Elşad Məmmədli – “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri;
46. Nərmin Kərimova - “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri;
47. Əfsələddin Ağalarov – “Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin sədri;
48. Yadigar Məmmədli – “Azərbaycan Demokratik Jurnalistlər Liqası” İctimai Birliyinin sədri;
49. Tünzalə Abduləlimova – “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri;
50. Ceyran Həsənova – “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri;
51. Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri;
52. Kəramət İsmayılov – “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri;
53. Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri;
54. İlqar Hüseynli – “Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar” İctimai Birliyinin sədri;
55. Cəmilə İsbəndiyarova – “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabiq Baş konsul hakim qarşısına çıxarıldı - Sultan Qasımov özünü təqsirli bilmədi
Bugün, 18:22 SİYASƏT
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların da qəbul günləri açıqlandı + CƏDVƏL
Bugün, 18:05 GÜNDƏM
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR: 11 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
Bugün, 17:52 GÜNDƏM
-
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO
Bugün, 17:37 GÜNDƏM
-
İsraildə parlament seçkiləri davam edir: 1973-dən bəri bir ilk yaşanır - Ərəb seçicilər fəallıq edir
Bugün, 17:23 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılacaq
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Bugün, 16:51 GÜNDƏM
-
NAZİR GENERALI NİYƏ YOLA SALDI?
Bugün, 16:39 CƏMİYYƏT
-
"Fənərbaxça"nın sabiq prezidentio məhkəmədə - Sadettin Saran və aparıcıya ağır ittiham irəli sürülüb
Bugün, 16:17 İDMAN
-
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTOLAR
Bugün, 16:09 CƏMİYYƏT
-
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgində - FOTOLAR
Bugün, 15:55 GÜNDƏM
-
İcra başçısının keçmiş müavininin qızı məhkəməyə verilib
Bugün, 15:35 MƏDƏNİYYƏT
-
Telefondan istifadə və... - Sürücüləri yeni cəza gözləyir
Bugün, 15:35 CƏMİYYƏT
-
Bu qanunu pozanlar cərimə ediləcək - MƏBLƏĞLƏR
Bugün, 15:24 CƏMİYYƏT
-
Korrupsiya haqda məlumat verən şəxslərə təzyhiq edənləri cəza gözləyir - Yeni qanun
Bugün, 15:16 CƏMİYYƏT
-
"Hakimlərin Etik Davranış Kodeksi" Dövlət Reyestrinə daxil edilib
Bugün, 15:10 CƏMİYYƏT
-
Səbailin icra başçısı inzibati xəta törədib - Vüqar Zeynalovun işi məhkəməyə göndərildi
Bugün, 14:59 CƏMİYYƏT
-
Prezident Dialoq Forumunun açılış mərasimində yeni mesajlar verdi - ÇIXIŞIN TAM MƏTNİ + VİDEO, FOTOLAR
Bugün, 14:59 GÜNDƏM
-
Sabiq deputat Əsabil Qasımovun dərəbəyliyi "başına bəla açdı": 5 milyonluq qalmaqal - CİNAYƏT İŞİ
Bugün, 14:49 CƏMİYYƏT
-
Bu gün Ərdoğanla MHP lideri görüşəcək
Bugün, 14:19 SİYASƏT
-
Türkiyədə avtobus aşdı: ölən və yaralananlar var
Bugün, 14:13 KRİMİNAL
-
"Azərbaycanın Ermənistana konstitusiya tələbi ifrat deyil" - "Bakı və İrəvan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb, lakin..."
Bugün, 14:08 SİYASƏT
-
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var (YENİLƏNİB)
Bugün, 13:57 KRİMİNAL
-
Penitensiar xidmətin 49 yaşlı yeni rəisi kimdir? - Maraqlı məlumatlar
Bugün, 13:17 GÜNDƏM
-
Kiçik və orta fermerlərlə bağlı qanunlar dəyişdi - Nələr olacaq?
Bugün, 13:17 İQTİSADİYYAT
-
MƏŞHUR GENERAL VƏZİFƏDƏN AZAD EDİLDİ - Penitensiar xidmətin yeni rəisi kimdir?
Bugün, 13:00 GÜNDƏM
-
Özgür Özəlin ətrafı "budanır" - Qadın bələdiyə sədri və əri saxlanıldı
Bugün, 12:47 SİYASƏT
-
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
Bugün, 12:40 GÜNDƏM
-
BU ƏCNƏBİLƏRƏ AZƏRBAYCANDA UZUNMÜDDƏTLİ YAŞAMAQ İCAZƏSİ VERİLƏCƏK - Diplomatlara isə... (YENİLƏNİB)
Bugün, 12:38 CƏMİYYƏT
-
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürülüb
Bugün, 12:35 KRİMİNAL
-
Bakı və ətraf ərazilərdə dövlət ehtiyacı üçün torpaqların alınması... - Yeni qanun qəbul edildi
Bugün, 12:30 CƏMİYYƏT
-
"Qalatasaray"ın baş məşqçisi "Amedspor"dan üzr İstədi
Bugün, 12:18 İDMAN