Azərbaycan və Hindistan XİN başçısı bir arada: "Son illər bir sıra məsələlərdə fikir müxtəlifliyi olub, amma..." - Yeni əməkdaşlıq mesajları verildi (Yenilənib)

Azərbaycan və Hindistan XİN başçısı bir arada: \"Son illər bir sıra məsələlərdə fikir müxtəlifliyi olub, amma...\" - Yeni əməkdaşlıq mesajları verildi (Yenilənib)

SİYASƏT

Bugün, 13:42

"Son illər Azərbaycanla Hindistan arasında bir sıra məsələlərdə fikir müxtəlifliyi olub".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birlikdə mətbuat üçün brifinqə deyib.

C.Bayramov Azərbaycanın Hindistan XİN başçısının bu səfərini yüksək qiymətləndirdiyini vurğulayıb:

"Son illər ərzində iki ölkə arasında bir sıra məsələlərdə fikir müxtəlifliyi olub. Bu da istər-istəməz həm ikitərəfli münasibətlərə, həm də beynəlxalq əməkdaşlıq məsələlərinə təsir edirdi. Biz bu gün çox açıq və ətraflı şəkildə bütün bu məsələləri müzakirə etdik. Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərin inkişafına zəmin yaradacaq".

Nazir Azərbaycanla Hindistan arasında mütəmadi əlaqələrin həmişə olduğunu vurğulayaraq bu xüsusda telefon danışıqlarını və görüşləri xatırladıb:

"Eləcə də beynəlxalq tədbirlərdə ölkələrimizin nümayəndələri çox fəal iştirak ediblər. Qeyd etdiyim kimi, bugünkü müzakirələr yeni əməkdaşlıq imkanlarına ciddi zəmin yaradır".

***

"Azərbaycan və Hindistan xarici işlər nazirləri Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyəti də müzakirə ediblər.

Mia.az xəbər verir ki, Xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birlikdə mətbuat üçün brifinqə deyib.

"Həmkarımla Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyəti müzakirə etdik. Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü, eləcə də mal təchizatı, qurum nümayəndələrinin səfərləri və digər məqamlar görüşümüz zamanı müzakirə edildi. O cümlədən bu prosesin tam başa çatması üçün Ermənistandan gözlədiyimiz siyasi-hüquqi məsələləri də həmkarımın diqqətinə çatdırdım", - C.Bayramov qeyd edib.

Nazir bildirib ki, görüş zamanı Qarabağa qayıdış, bərpa-quruculuq və mina təhlükəsi kontekstində də müzakirə aparılıb.

XİN rəhbəri, həmçinin regionda baş verən münaqişələr, Yaxın Şərq, Rusiya-Ukrayna münaqişəsi, onların yan təsirləri barədə də fikir mübadiləsi aparıldığını söyləyib.

O, Hindistan rəsmisinin bu səfəri və görüşləri nəticəsində iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyinə ümidini ifadə edib.

***

Hindistan da Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb (Orta Dəhliz - red.) nəqliyyat dəhlizləri istiqamətində son dövrlərdə həyata keçirdiyi tədbirlər fonunda bu layihələrə ciddi maraq göstərir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov paytaxt Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, keçirilən görüş zamanı bu mövzu da gündəmə gətirilib və ətraflı müzakirə aparılıb:

"Ölkələrimiz arasında birbaşa aviareyslərin olması bu cür məsələlərdə mühüm əhəmiyyət daşıyır. Biz bu kontekstdə tələbatın nə qədər böyük olduğunu hiss edirik və ehtimal olunur ki, aviareyslərin sayı artırılsın. Müvafiq qurumlar bu istiqamətdə danışıqlar aparırlar"/Report.

***

Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışlayır.

Mia.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib.

Onun sözlərinə görə,  Azərbaycan və Hindistan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə qarşılıqlı fəaliyyəti daha sıx əlaqələndirmək barədə razılığa gəliblər(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR