Okan Buruk: "Bu qələbə çox mühümdür"

Okan Buruk: \"Bu qələbə çox mühümdür\"

İDMAN

Bugün, 01:16

UEFA Çempionlar Liqasında Fransanın "Lill" komandasını səfərdə 4-2 hesabı ilə məğlub edən "Qalatasaray"ın baş məşqçisi Okan Buruk oyundan sonra açıqlama verib.

Mia.az xəbər verir ki, o, uzun müddətdən sonra Avropada səfər qələbəsini qazanmaqdan çox xoşbəxt olduqlarını deyib.

Onun sözlərinə görə, bu qələbə çox mühümdür: "Burada oynamaq asan deyildi. Əvvəldən sona qədər öz oyunumuzu oynamağa çalışdıq. Öndə olduq, sonra geri düşdük, amma oyun üslubumuzu dəyişdirmədik. Gərgin qrafik var. Ardıcıl zədələr var. Rəqibimiz də heyətində bəzi dəyişikliklər etdi. Biz də bunu zaman-zaman etməyə çalışırıq. Hər iki komanda üçün asan deyil. "Lill" çox yaxşı formadadır. Onlar PSJ ilə eyni xaldadır. Daha yaxşı olacaqlar.  Bu gün qalib bizik. Onlara gələcək oyunlarında uğurlar arzulayıram".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR