“İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni icraçı direktor təyin olundu - Tahir Xəlilov da yola salındı (ÖZƏL)

 “İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni icraçı direktor təyin olundu - Tahir Xəlilov da yola salındı (ÖZƏL)

CƏMİYYƏT

22.10.2026, 00:05

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) "Regional Su Meliorasiya" QSC-nin rəhbərliyində aparılan dəyişiklik “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətində də davam etdirilib.

Mia.az-ın əldə etdiyi məlumata görə, QSC-yə dünənə qədər sədrlik edən Tahir Xəlilov yola salınıb: "Onun yerinə vaxtilə, daha dəqiqi, Oqtay Əsədovun (Milli Məclisin keçmiş spikeri-mia.az) dövründə "Azərsu"da satış şöbəsində işləmiş Arif Mərdanov təyin olunub".

Qurumun yeni icraçı direktoru bu posta qədər isə "Metropoliten"də "Həmkarlar"ın sədri idi.

Xatırladaq ki, "İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinə çevrilənə qədər publik hüquqi şəxs kimi fəaliyyət göstərib.

Yeri gəlmişkən, dünən "Regional Su Meliorasiya" QSC-nin sədri Zakir Quliyev də vəzifədən azad olunaraq ADSEA sədri Zaur Mikayılovun müşaviri təyin edilib. Onun yerinə isə qurumun sədr müavini, Baş nazir Əli Əsədovun köməkçisi Əhməd Əhmədzadənin bacısı oğlu  Elçin Zahid oğlu Məmmədov gətirilib.

Xatırladaq ki, bir ay əvvəl  Agentliyin sədri Zaur Mikayılovun əmri ilə  Xəyyam Fəxrəddin oğlu Məmmədov Müşahidə Şurasının sədri təyin edilib.

Müşahidə Şurasının digər üzvləri isə aşağıdakılardır:

İlqar Tapdıq oğlu Gülməmmədov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri;

Etibar Kərim oğlu Məmmədov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri;

Pərvin Ehtiram oğlu İsmayılov – Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktor müavini;

Elnur Rafael oğlu Allahverdiyev – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət müəssisələri ilə iş şöbəsinin müdiri.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR