Okeanın ortasındakı 46 illik günbəzin qorxunc sirri...

Okeanın ortasındakı 46 illik günbəzin qorxunc sirri...

DÜNYA

Bugün, 16:34

ABŞ-ın Marşal adalarında nüvə sınaqlarındakı radioaktiv tullantıları basdırmaq üçün inşa etdiyi Runit günbəzi dünyaya qorxunc siqnallar verməyə başlayıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki,  46 il əvvəl tamamlanan sirli obyektin təməlində izolyasiya olmaması qabarma-çəkilmə hərəkətləri zamanı radioaktiv materialların laquna daşınmasının mümkünlüyü gündəmə gəlib.

Mütəxəssislər deyir ki, dəniz səviyyəsinin yüksəlməsi günbəzlə təması daha da sıxlaşdırırır: "Marşal Adalarındakı Runit Günbəzi 1958-ci ilin may ayında Enevetak Atollunda aparılan Kaktus nüvə sınağı nəticəsində əmələ gələn kraterin üzərində inşasına başlanan və 1980-ci ildə tamamlanan, diametri təxminən 115 metr olan beton konstruksiyadır. Burada ABŞ nüvə sınaqlarından yaranan radioaktiv tullantıları saxlayır. Günbəzin altındakı krater döşəməsində möhürləyici təbəqə yoxdur. Bu isə qabarma-çəkilmə hərəkətləri radioaktiv materialların laqun suları ilə təmasa girməsi təhlükəni artırıb. ZXüsusilə unutmayaq ki, günbəzin üstü beton panellərlə örtülsə də, aşağıdakı krater döşəməsi izolyasiya edilməyib. ABŞ Energetika Nazirliyi də suyun səviyyəsinin qabarma-çəkilməsi zamanı yeraltı sularında qalxıb-enməsinə təsdiqləyib və qeyd olunur ki, bu zaman radioaktiv materiallar ətrafdakı laqun sularına qarışa bilər. HəLəlik isə bunun nə dərəcə təhlükə olduğu dəqiqləçməyib. Lakin ildən-ilə dəyişən iqlim şəraitinin təhlükəni tətikləməsi sirr deyil...".

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR