Çempionlar Liqası: "Qalatasaray" 25 il sonra Fransa komandasına qalib gəldi

Çempionlar Liqası: \"Qalatasaray\" 25 il sonra  Fransa komandasına qalib gəldi

İDMAN

Bugün, 00:16

UEFA Çempionlar Liqasında "Qalatasaray" 3-cü turda Fransanın "Lill" komandasına qalib gəlib.

Mia.az xəbər verir ki, İstanbul komandası 25 ildən sonra ilk dəfə Avropa kuboku yarışında Fransa komandasına qarşı səfər oyununda qalib gəlib - 4:2

"Qalatasaray"ın  qollarını 2-ci dəqiqədə Yunus Akgün, 44-cü dəqiqədə Aleksey Batrakov,  52-ci dəqiqədə Nabil Bentaleb,  61-ci dəqiqədə Viktor Osimhen atıb.

Beləliklə, Çempionlar Liqasının ilk iki oyununda "Sportinq" və "Barselona"ya məğlub olan "Qalatasaray" ilk 3 xalını qazanıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR